3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Rusiyalı futbolçu “Neftçi”dən danışdı

“Neftçi”, “Fənərbaxça” və “Srvena Zvezda” öz liqalarının liderlərindəndir”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Rusiyanın “Zenit” klubunun futbolçusu İvan Sergeyev Sankt-Peterburqda təşkil olunacaq “Matç TV” turnirindəki rəqibləri barədə danışarkən deyib.

28 yaşlı hücumçu yerli mətbuata açıqlamasında yarışın onlara fayda verəcəyini bildirib: “Rusiyaya üç fərqli ölkədən - Azərbaycan, Türkiyə və Serbiyadan komandalar gələcəklər. Buna görə də, turnir maraqlı mübarizə vəd edir. Ümid edirəm ki, oyunlara çox azarkeş gələcək. Ümumiyyətlə, həm təlim-məşq toplanışının, həm də turnirin Sankt-Peterburqda keçirilməsi yaxşı haldır. Bu, Superkubok matçına hazırlaşmaq üçün ideal variantdır. Həm də digər çempionatların təmsilçiləri ilə özümüzü müqayisə etmək imkanımız olacaq”.

Qeyd edək ki, “Neftçi” turnirdə ilk oyununu iyulun 1-də məhz “Zenit”ə qarşı keçirəcək. Azərbaycan klubu ayın 8-də “Srvena Zvezda” (Serbiya), 15-də isə “Fənərbağça” (Türkiyə) ilə qarşılaşacaq.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31