3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında DÇ-2022-nin rəsmi topundan istifadə olunacaq

2023/2024 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq topların adları müəyyənləşib.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən verdiyi məlumata görə, qurumla klublar arasındakı razılaşmaya əsasən qarşıdakı mövsümdə Premyer Liqa və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin təsis etdiyi DÇ-2022-nin rəsmi topu olan “Al Rihla”dan yararlanacaqlar.

Bu, dünya çempionatı tarixində ekoloji cəhətdən təmiz, su əsaslı boya və yapışqanla hazırlanmış ilk futbol topudur.

1-ci və 2-ci liqalarda çıxış edəcək klubların istifadəsinə isə başqa toplar veriləcək. Bu komandaların üzvləri “Adidas Tiro Pro”nu “qovacaqlar”. “Adidas Tiro Pro” ən yüksək FIFA reytinqli ənənəvi 32 lövhəli dizayna malik futbol topudur. İnnovativ TSBE texnologiyasıyla hazırlanan topun lövhələri bir-birinə termal yolla birləşdirilib. Bu texnologiya sayəsində top daha az nəm hopdurur, uçuş trayektoriyası isə daha dəqiq olur.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31