3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Asif Məmmədov: “Yalandan deyək ki, komandada hər şey yaxşıdı, yalan olar”

“Qəbələ”nin kapitanı Asif Məmmədovun Futbolxeber.az saytına müsahibəsi

- Bir müddətdir zədədən əziyyət çəkirsiz. Hətta kubokun finalında da forma geyə bilməmişdiz. Hazırda vəziyyət necədir?

- Zədəm yavaş-yavaş düzəlir. Amma ciddi zədədir, yəni 15 günə, 1 aya düzələn zədə deyil. Ən azı 3 ay vaxt lazımdı ki, məşqlərə başlayım.

- Belə çıxır ki, sizi Konfrans Liqasının oyunlarında meydanda görməyəcəyik...

- İlk mərhələyə 100 faiz hazır olmayacağam. Komandamız 1-2 mərhələ adlaya bilsə, yalnız o halda avrokuboklarda forma geyməyim mümkün olar.

- Avrokuboklardan söz düşmüşkən, demək olar ki, püşkatmada “Qəbələ”nin bəxti gətirmədi?

- Bəli, püşkdə bizə çətin rəqib düşdü. Düzdür, Konfrans Liqasında zəif rəqib olmur. Amma hər halda bundan münasib rəqib düşsə, daha yaxşı olardı.

- Şansları necə dəyərləndirirsiz?

- Əvvəlki heyətimiz olsaydı, qalib gəlmək olardı. Amma çox təəssüf ki, əsas heyət futbolçularının 90 faizi komandanı tərk edib. Belə vəziyyətdə yeni komanda qurmalı olacağıq. Bunun üçün isə vaxt lazımdı. Amma yenə də əvvəldən təslim olmuruq. Uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Özünüz də qeyd etdiz ki, əsas heyətin 90 faizi gedib. Komandanın kapitanı kimi hazırkı durumu necə qiymətləndirirsiz?

- Təəssüf ki, komandadan gedən çoxdur, amma hələ ki gələn yoxdu. Heyətdə cəmi 6-7 futbolçu qalıb. Yalandan durub deyək ki, komandada hər şey yaxşıdı, yalan olar. Təbii ki, komandaya yeni qoşulan futbolçular olacaq. Amma gələnlər nə vaxt gələcəklər, nə vaxt hazır olacaqlar, komandaya nə vaxt uyğunlaşacaqlar - bütün bunlar çətin məsələdi. Komandada işlərin qaydasına düşməsi vaxt aparacaq.

- Kubokun finalından sonra söhbətimizdə demişdiz ki, “ümid edirəm bu qələbədən sonra maddi baxımdan əvvəlki “Qəbələ”ni görə biləcəyik”. Lakin görünən odur ki, büdcədə artım yoxdu.

- Hələ ki gözləyirik görək nə olur. Necə deyərlər, ümid sonda ölür. Düzdür, görsənən odur ki, hər hansı müsbət dəyişiklik yoxdu. Amma həyatda hər dəqiqənin öz hökmü var. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

İbrahim CƏFƏROV

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31