3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Qəzaya düşən “Qəbələ”nin futbolçusunun son durumu açıqlandı: “Vaxtında məşqlərə qoşulacaq”

“Emil Səfərovla danışmışam. Ciddi bir şey yoxdu. Sağlamlığı qaydasındadı”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev avtomobil qəzasına uğrayan komandasının üzvü Emil Səfərovun son durumu barədə danışakən deyib.

Mütəxəssis qeyd edib ki, Səfərov komanda ilə birgə məşqlərə vaxtında başlayacaq: “Çox şükür ki, qəzada ciddi xəsarət alan olmayıb. Emilin də vəziyyəti yaxşıdı. Vaxtında məşqlərə qoşulacaq”.

Xatırladaq ki, ötən gün Zaqatalanın Yengiyan kəndi ərazisində minik avtomobilləri toqquşub. Kənd sakini 21 yaşlı Emil Ceyhun oğlu Səfərovun idarə etdiyi "VAZ-2107” markalı minik avtomobili 1995-ci il təvəllüdlü Qurban Nəsrullah oğlu Həsrətovun idarə etdiyi "Niva” markalı maşınla toqquşub. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31