3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyəcək

Azərbaycan millisi növbəti FIFA reytinqində 2 pillə irəliləyəcək.

Futbolxeber.az saytının məlumatına görə, yığma dünya sıralamasında 122-ci yerə yüksələcək.

Buna Canni De Byazinin kollektivinin AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə Bakıda heç-heçə etməsi (1:1) səbəb olub. Nəticədə komandanın aktivinə 1 reytinq xalı əlavə edilib. 1143 xalla 122-ci yerə yüksələn Azərbaycan yığması Toqonu özündən irəli buraxsa da, Mərkəzi Afrika Respublikası, Liviya və Nigeri qabaqlayıb.

Reytinq cədvəlinin ilk “üçlüy”ündə dəyişiklik olmayacaq. Argentina 1-ci, Fransa 2-ci, Braziliya isə 3-cü pillədəki yerini qoruyacaqlar.

Qeyd edək ki, növbəti FIFA reytinqi iyulun 20-də açıqlanacaq. Aprelin 6-da yayılan sıralamada Azərbaycan millisi 1142 xalla 124-cü pillədə göstərilib (“Report”).

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31