9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Estoniya millisinin hücumçusu: “Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik”

“Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Estoniya yığmasının futbolçusu Henri Anier Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

33 yaşlı hücumçu iyunun 17-də “Dalğa Arena”da baş tutacaq görüşə qələbə üçün çıxacaqlarını bildirib: “İlk gündən hər şey yaxşıdır. Əhval-ruhiyyəmiz qaydasındadır. Çətin oyun olacaq. Ancaq məqsədimiz uğurlu nəticə ilə buradan ayrılmaqdır”.

O, matça iki istiqamətdə hazırlaşdıqlarını söyləyib: “İlk istiqamət öz oyun planımızdır. Həmçinin, rəqibi təhlil etmişik, zəif cəhətlərini öyrənmişik. Azərbaycan yığması güclü komandadır. Buna baxmayaraq, yaranacaq boşluqlardan yararlanmağa çalışacağıq. Millinin bir çox oyunçuları yoxdur. Buna baxmayaraq, yaxşı hazırlaşmışıq. Birgə çalışmalı, ölkəmizi yaxşı təmsil etməliyik. Sabah göstərməliyik ki, həm qol vura, həm də qələbə qazana bilirik. Düşünürəm ki, oyuna hazırıq, özümüzü yaxşı hiss edirik. Səbirsizliklə matçı gözləyirik. Həm mən, həm də bütün komanda hazırdır. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan - Estoniya oyunu saat 20:00-da başlayacaq.

 

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31