9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında komanda sayı dəyişmədi - YENİLƏNİB

“Bu gün keçirilən iclasda bir çox məsələlər müzakirə olundu. Əsas da I və II Divizionla bağlı oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarovdan fərqli olaraq, baş katib Premyer Liqada komanda sayının artırılmadığını bildirib:

“Xeyr, Premyer Liqada komanda sayı artırılmayıb. Bu məsələ əvvəldən də nəzərdə tutulmamışdı, gündəmdə də yox idi. Ola bilər, Elmar müəllim nəyisə səhv başa düşüb. Premyer Liqada 10 komanda olacaq. “Şamaxı” sonuncu yeri tutduğu üçün çempionatı tərk edir. “Araz Naxçıvan” isə Premyer Liqada mübarizə aparacaq”.  

Qeyd edək ki, az əvvəl AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov Premyer Liqada komanda sayının 10-dan 12-yə qaldırıldığını açıqlamışdı. Məmmədyarov qeyd etmişdi ki, 2022/23 mövsümündə sonuncu olan “Şamaxı” Premyer Liqada qalacaq. Eləcə də “Araz Naxçıvan” və “Zaqatala” yeni mövsümdə Premyer Liqada mübarizə aoparacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31