9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Rusiya klubu “Qarabağ”ın futbolçusu ilə danışıqlar aparır

Rusiya mətbuatında “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçlə bağlı iddia yayılıb.

Futbolxeber.az-ın məlumatına görə, metaratings.ru saytı yazıb ki, Yekaterinburqun “Ural” klubu monteneqrolu futbolçunu heyətində görmək istəyir. 27 yaşlı oyunçu ilə hazırda danışıqlar aparıldığı da bildirilib.

Hələlik klubların bu məsələyə dair mövqeyi bilinmir. Lakin daha əvvəl “Qarabağ” tərəfdən Yankoviç üçün başqa ölkə klublarından gələn rəsmi təkliflərə mənfi cavab verildiyi bildirilib.

Qeyd edək ki, bu il Rusiya klublarından “Krasnodar” “Qarabağ”dan Kadi Borgesi transfer edib.

Yankoviç “Qarabağ”a 2022-ci ilin yayında keçib. Onun klubla müqaviləsi 2025-ci ilin iyununda başa çatır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31