9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Qurban Qurbanovun Şuşa təəssüratları: “Xatirələrimdə qalacaq günlər oldu”

“Böyük ehtimalla Azərbaycan çempionatında basketbol komandamız olacaq”.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsi zamanı jurnalistlərə açıqlamasında deyib.

51 yaşlı mütəxəssis “Qarabağ”ın basketbol komandasının yaradılması ilə bağlı danışıqların aparıldığını söyləyib: “Bu barədə təklif olub. Rəhbərliyimizin elm və təhsil naziri Emin Əmrullayevlə bu barədə görüşləri olub. Düzdür, tam işin içində deyiləm. Ancaq müzakirələrin aparılması barədə məlumatım var. Belə bir variantın olma ehtimalı var”.

Qurbanov basketbola həmişə maraq göstərdiyini vurğulayıb: “Sadəcə, çoxdan idi ki, canlı izləmirdim. Cənab nazir dəvət elədi, böyük məmnuniyyətlə qəbul etdim. Mənim üçün çox maraqlı və xoş oldu. Həm bu gözəl diyarı gördüm, həm də belə yarışda iştirak elədim”.

Ağdam təmsilçisinin baş məşqçisi Şuşada olduğu müddətdə oranı gəzdiyini də sözlərinə əlavə edib: “Şuşada çox yeri gəzdim. Hamının marağında olan yerləri gördüm, çox sevindim. Xatirələrimdə qalacaq günlər oldu”.

Qurban Qurbanov, həmçinin, yeni transfer axtarışlarını davam etdirdiklərini deyib: “Hamidu Keytadan başqa hələlik yeni transferimiz yoxdur. Amma həmişəki kimi, iş gedir, axtarışdayıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31