9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

De Byazinin sabiq köməkçisi: "Azərbaycan millisində iki gözəl il keçirdim"

"Azərbaycan millisində iki gözəl il keçirdim".

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin sabiq köməkçisi Benito Karbone "The Sun" nəşrinə açıqlamasında deyib.

Hazırda ölkəsinin "Paviya" klubuna başçılıq edən italiyalı mütəxəssis İngiltərədə komanda axtardığını bildirib: "Orada məşqçilik etmək mənim arzumdur. Uzun müddətdir, bu xəyalımı gerçəkləşdirmək istəyirəm. Agentlərimlə birlikdə mənim ümün ən yaxşısını tapmağa çalışırıq. Məni müqavilə yox, layihənin özü maraqlandırır. Bunun hansı liqa olmasının heç bir əhəmiyyəti yoxdur".

O, futbolçu kimi 2000-2002-ci illərdə formasını geyindiyi "Bredford"a baş məşqçi kimi qayıtmaq istədiyini gizlətməyib: "2002-ci ildə klub müflis olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin vaxt mənə verilən evdən, avtomobildən və 2,4 milyon funt sterlinqdən imtina edərək, kluba dəstək olmağa çalışdım. Çünki bu komanda və azarkeşləri mənim üçün doğmadır".

Qeyd edək ki, Benito Karbone 2020-2022-ci illərdə Azərbaycan yığmasının məşqçisi vəzifəsində çalışıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31