9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Qəbələ"nin braziliyalısı: "Fədakarlığımızın bəhrəsini gördük"

"Qəbələ"nin braziliyalı futbolçusu Felipe Santos ölkəsinin lance.com.br saytına açıqlama verib.

Futbolxeber.az saytıınn məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi Azərbaycan kubokunun qalibi olmaları haqda fikirlərini bildirib:

"Kuboku qazandığım üçün çox şadam. Mövsüm ərzində çox çalışdıq və əlimizdən gələni etdik. Biz nə qədər səy göstərdiyimizi bilirik. Xoşbəxtlikdən məqsədimizə çatdıq. Fədakarlığımızın bəhrəsini gördük".

F.Santos deyib ki, kollektivə müsbət töhfə vermək mənə çox xoşdur: "Güclü, balanslaşdırılmış heyətimiz var. Amma buna baxmayaraq, daha çox sərmayə qoyan komandaların olduğunu bilirik. Biz kubokun qalibi olduq. Ölkə çempionatında dördüncü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazandıq. Komanda bu uğurlara layiq idi".

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31