9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Qəbələ" 4 futbolçusu ilə müqaviləni uzatdı

Bu mövsüm Azərbaycan kubokunu qazanan “Qəbələ” dörd futbolçusu ilə müqaviləni yeniləyib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev və Emil Səfərovla anlaşmaların müddəti uzadılıb.

Bu futbolçularla imzalanan yeni müqavilələr daha iki ili əhatə edir. Əvvəlki anlaşmaları 2022-2023-cü illər mövsümünün sonunda başa çatan oyunçular 2025-ci ilin yayına qədər “qırmızı-qara”larda çıxış edəcəklər.

“Qəbələ”nin tarixində ən çox oyun keçirən futbolçu olan Abbasov 267 dəfə (4 qol) komandanın heyətində meydana çıxıb. Musayev 104 (3 qol), Səfərov 57 (4 qol), Qırtımov 38 görüşdə "Qəbələ"nin formasını geyinib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31