9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Azərbaycan millisi üçün iki rəqib

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 9-dan 11-dək Bakıda, 12-dən 21-dək isə Qəbələ şəhərində təlim-məşq toplanışı olacaq.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.

U-19 iyunun 16-da gürcüstanlı, 20-də isə belaruslu yaşıdları ilə qarşılaşacaq.

Təlim-məşq toplanışına dəvət olunan futbolçular aşağıda adları qeyd olunanlardır:

Xəyal Fərzullayev (MOİK), Sadiq Məmmədzadə, Zaman Zamanlı ("Səbail"), Rəvan Mirzəmmədov, Tuncay Cəfərli, Fəxri Məmmədli ("Sabah"), Ayxan Qocayev, Nihad Əhmədzadə ("Sumqayıt"), Raul Hacıyev ("Rustavi" Gürcüstan), Samir Ağayev, Eşqin Əhmədov, Ravil Qafarov, Şahin Şahniyarov, İlkin Budaqov, Sənan Ağalarov ("Qəbələ"), Aslan Şirinov,Rüfət Abbasov, Murad Məmmədov ("Neftçi"), Musa Məmmədov,  Elton Mikayılov("Qarabağ"), Edqar Adilxanov ("Şamaxı"),  Murad Ələkbərov ("Zirə"), Nahid Əliyev ("Dinamo" Sankt-Peterburq, Rusiya), Sadiq Şəfiyev ("Turan Tovuz")

Oyunların təqvimi aşağıdakı kimidir.

16 iyun

Azərbaycan U-19 - Gürcüstan U-19

18 iyun

Belarus U-19 - Gürcüstan U-19

20 iyun

Azərbaycan U-19 - Belarus U-19

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31