29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Azərbaycan yeni mövsümə UEFA reytinqində hansı mövqe başlayacaq?

Azərbaycanın 2023/2024 mövsümünə UEFA reytinqində başlayacağı mövqe bəlli olub.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, Azərbaycan növbəti mövsümün startında Avropanın 29-cusu olacaq.

Bu, 2022/23 mövsümünün sonundakı mövqe ilə eynidir. Start ərəfəsində 2018/2019-da toplanan 2.375 reytinq xalı silinəcək.

2023/2024 mövsümü də daxil olmaqla, Avropa arenasında son beş ilin ümumi nəticələrinə əsasən 14.250 xalla başlayacaq Azərbaycan klubları üçün 29-cu yerdən düşmək qorxusu yoxdur. Çünki 30-cu pillədəki Moldova ilə 3.125 xallıq fərq var.

Əvəzində mövsümün startındaca 28-ciliyi ələ keçirmək real görünür. Buna səbəb həmin mövqenin sahibi olan Slovakiyanın Azərbaycanı cəmi 0.375 xal qabaqlamasıdır.

Mövsümün gedişində reytinqdə 27-ci olan Bolqarıstanı da ötmək mümkündür. Bunun üçün adıçəkilən ölkə təmsilçilərindən ən azı 1.750 xal çox toplamaq lazımdır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30