28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

Regekampf: “Azarkeşlər bizə arxalarını çevirməkdə haqlıdırlar”

“Matça erkən qolla başladıq. Hesabı açdıqdan sonra daha 2-3 dəfə də fərqlənə bilərdik. Amma ikinci yarıya çox pis başladıq. Qapımızda qol gördük. Hesab bərabərləşdikdən sonra rəqib qapısı qarşısında real qol epizodu yarada bilmədik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 34-cü turunda “Şamaxı” ilə heç-heçə etdikləri (1:1) görüşdən sonra deyib.

Rumın mütəxəssis komandasının futboldan həzz almalı olduğunu bildirib: “Hazırda çətin vəziyyətdəyik. Problemin səbəbini öyrənməliyik. Düzdür, üçüncü yeri təmin etmişik və kubokda finala yüksəlmişik. Bu oyun bizim üçün daha asan olmalıdı. Çünki üzərimizdə təzyiq yoxdu, rahat futbol oynamalıyıq. Bu cür matçlardan istifadə edib, komanda olaraq özümüzdə güvən, rahatçılıq yaratmalıyıq, rəqib qapısı önündə qol epizodlarına girməliyik, bir sözlə, futboldan həzz almalıyıq. Amma bu gün bunu görmədim. Xüsusən də ikinci hissədə. Görürəm ki, futbolçular ancaq nəticəni düşünürlər. Halbuki nəticəni yox, futbol oynamağı düşünməlidilər. Bu qədər top itkisi yolverilməzdi. Daha yaxşı oynamalıyıq. Bu problemləri özümüz yaratmışıq və bu vəziyyətdən çıxacağıq”.  

O, komandasının təzyiqsiz oynamalı olduğunu vurğulayıb:“Təbii ki, qələbə qazana bilməməyimiz məni narahat eliyir. Bu gün birinci hissədə yaxşı oynasaq da, ikinci yarıda zəif təsir bağışladıq. Halbuki ikinci 45 dəqiqədə də birinci hissədəki oyunumuzu davam etdirməliydik. Topu daha tez ötürməli, rəqib qapısı önündə daha çox qol epizodu yaratmalıyıq. Təzyiqsiz oynamalıyıq”.

“Neftçi”nin çalışdırıcısı müdafiəçi Mərt Çəlikin çıxışından razı qaldığını qeyd edib: “Düşünürəm ki, Mərt Çelik bu gün yaxşı oynadı. Onu əvəzləmək istəmirdim. Amma ayağında ağrı olduğu üçün meydanı tərk etdi. Mərt meydanda olduğu müddətdə yaxşı çıxış etdi. Penalti epizoduna görə onu qınaya bilmərəm. Daha çox bəxtsizlik olduğunu düşünürəm. Ümumiyyətlə, bilmirəm, orda toxunuş var idi, ya yox, amma bu cür sürüşmə fəndi yerinə yetirməzlər. Ümumi götürdükdə, Mərtin oyunundan razı qaldım”.

Regekampf bugünkü maçtda cəmi 300-400 “Neftçi” azarkeşinin olmasına görə kimi günahkar hesab etməsi barədə sualı belə cavablandırıb: “Düşünmürəm ki, bu, mənim, oyunçuların, yaxud rəhbərliyin günahıdır. Biz hamımız bərabər işləyirik, hamımızın məqsədi də eynidir. Təbii ki, azarkeşlərin stadiona gəlməməsi bizi narazı salır. Bəli, azarkeşlərin önündə günahkarıq. Biz yaxşı oyunla onları fanatlarımızı stadiona geri qaytara bilərik. Qarşıdakı periodda futbolçular bu barədə düşünməlidilər. Çünki onların səviyyəsi bu tip matçlarda qələbə qazanmağa imkan verir. Bunun üçün ürəyini meydanda qoymaq kifayət edir”.

Rumıniyalı məşqçi azarkeşlərin komandadan üz döndərməsinin final matçında “Neftçi”yə mənfi təsir edəcəyini düşünmür: “Final görüşü bir qədər fərqli olur. Dediyim kimi, biz yenidən azarkeşləri tribunaya qaytara bilərik. Bu gün azarkeş sayı çox olmasa da, onlar bizi sona kimi dəstəklədilər. Oyundan sonra fanatlar bizə arxalarını çevirməklə haqlıdırlar. Çünki biz daha yaxşı oyun göstərməliyik”.  

“Finalda uduzsanız, “Neftçi”dəki gələcək perspektivinizi necə görürsünüz” sualını Regekampf qısaca cavablandırıb: “Gəlin tələsməyək, əvvəlcə finalı oynayaq. Görəcəksiniz ki, biz finalda qalib gələcəyik”,   

  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30