29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Tərlan Əhmədov: "Bu bir xal bizim üçün çox vacib idi"

"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 34-cü turunda"Zirə" ilə heç-heçə etdikləri oyun (1:1) barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, matçdan sonra təşkil olunan mətbuat konfransında vacib xal qazandıqlarını deyib:

"Hamımız üçün maraqlı, sürətli oyun oldu. Biz həm də rəqib tərəfdən əks-hücumlar izlədik. Qalib də gəlmək olardı. Məğlub olmaq da mümkün idi. Son oyunlara baxanda komanda bu gün daha istəkli idi. Daha hərəkətli idi. Topa daha çox nəzarət etməyə çalışırdı. Bu bir xal bizim üçün səfərdə çox vacib xal idi. Zirədə oynamaq bizə görə həddindən artıq çətin idi. Rəqib dördüncü yer uğrunda mübarizə aparır. Futbolçularıma mübarizəyə görə minnətdaram. İkinci hissədə rəqibin təzyiqi var idi. Bu da təbiidir. Çünki evdə oynayırdı. Final fitinə qədər nizam-intizamlı oynayaraq bir xalımızı qazandıq. Fanatlarımız üçün də hər halda zövqverici oyun oldu. Uzun məsafə qət edib gəlirlər. Onları sevindirdiksə, bu, bizi xoşbəxt edir".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30