27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

"Qarabağ" rekordunu təkrarladı

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə 26-cı qələbəsini qazanıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun komandası buna 33-cü turda nail olub.

Ağdamlılar “Qəbələ” ilə ev oyununda 3:0 hesabı ilə qalib gəlib. Bununla da “Qarabağ” klub tarixinin rekordunu təkrarlayıb.

Bölgə təmsilçisi ölkə çempionatında bir mövsüm ərzində qazanılan qələbə sayında ən yüksək göstəriciyə 2015/16 mövsümündə imza atıb. Həmin vaxt 36 matçdan 26-da  rəqiblərini məğlub edən “Qarabağ” 7 ildən sonra həmin nəticəni təkrarlayıb. Mövsümün sonuna üç tur qaldığı üçün Qurbanovun komandası bu rekordu yeniləmək imkanına da malikdir.

Qeyd edək ki, bir mövsümdəki qələbə sayında Azərbaycan çempionatlarının rekordu 1992-ci ildə qeydə alınıb. “Neftçi” həmin vaxt 36 oyunda 30 dəfə qalib gəlib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30