28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Ölkə futbolu

Elmar Baxşıyev: "Qarabağ" layiqli qələbə qazandı"

“Bizi ağır səfər oyununun gözlədiyini bilirdik. “Qarabağ” çempionatımızın vahid lideridir. Komandanı layiqli müqavimət göstərməyə hazırlayırdıq. Bu matçdan da uğurlu nəticə ilə ayrılmağa çalışırdıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 33-cü turunda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Qarabağ” cari çempionatda ən yaxşı oyunlarından birini keçirdi və layiqli qələbə qazandı. Rəqibi də nəzərə almaq lazımdır. Hücumlarımızın qarşısını “Qarabağ” alırdı. Öndə daha çox oynamaq istəyirdik. Lakin rəqibin təzyiqi bizi məcbur etdi ki, meydanın özümüzə aid hissəsində oynayaq. Qarşıda üç matçımız var. Futbolçularıma inanıram. Onlar əzmkarlıq göstərib çempionatda da istədikləri yerdə olacaqlar”, - deyə o bildirib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30