Ölkə futbolu
Qurban Qurbanov: "Bizim üçün qələbə vacib idi"
"Bizim üçün çox vacib oyun idi. Üç xal qazana bildik. Aktiv və aqressiv bir komandaya qarşı oynayırdıq. Meydanda sona kimi mübarizə getdi. İlk hissənin ortalarına kimi o matça istədiyimiz kimi nəzarət edə bilmirdik. Get-gedə oyunu elə ala bildik. Xeyli sayda qol epizodlarımız oldu. Futbolçular sona kimi oyundan qopmadılar. Onlar özlərini intizamlı apara bildilər. Oyunçularımı təbrik edirəm. Bizim üçün faydalı matç oldu. “Qəbələ”yə uğurlar arzu edirəm".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 33-cü turunda "Qəbələ"yə 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, heç vaxt hesab barədə düşünmürlər: "Bizim üçün vacib olan 90 dəqiqə oyun intizamını qoruyub-saxlamaqdır. Belə olanda qapında qol görmürsən. Əksinə, rəqib üzərində təzyiq yaradırsan. "Qəbələ" asanlıqla qol buraxan komanda deyil. Hücumda oynamağı daha çox xoşlayırlar. Belə hesab gözləmirik. Hər qol komanda üçün inam verir. 1:0, 2:0 sürüşkən hesabdır. Bizim üçün qələbə vacib idi. "Qəbələ" son vaxtlar yüksəlişdə idi. Mənim üçün vacib olan düşündüklərimizi meydanda yerinə yetirmək idi".
O, komandadan gedəcək və gələcək futbolçuların siyahısının olub-olmaması ilə bağlı söyləyib: "Yox, hələ yoxdur. Hazırda bütün fikrimizi çempionata cəmləmişik. Danışıq apardığımız oyunçular var, lakin bu barədə dəqiq düşünməmişik”.
Q.Qurbanov bu yaxınlarda Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədovun gələn ildən çempionatda Premyer Liqa klublarının minifutbol kollektivlərinin iştirak edə biləcəyi ilə bağlı açıqlamasına da münasibət bildirib: “Minifutbol çempionatının keçirilməsi maraqlı təklifdir. Orxan müəllim son vaxtlar Azərbaycan futbolunda qeyri-adi fikirlər irəli sürür. Futbolu sevdirmək üçün gözəl addımlar atır. Futbolun sevdirilməsi üçün xüsusi addımlar atılır. İmkan olsa, özüm də oynamaq istəyərəm. Bu cür turnirlər futbola sevgini daha da artırır. Mən “yox” demərəm”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
-
15:46
“Sumqayıt”dan azarkeşlərinə müraciət
-
14:11
"Kəpəz"in üç futbolçusu "Qəbələ"yə qarşı oynamayacaq
-
13:38
Azərbaycan idmançısı Paris-2024-ə vəsiqə qazandı
-
12:05
“Səbail”in müdafiəçisi: “Son 4 tur bizim üçün finala bərabərdir”
-
11:54
"Bayer" yenə 90+6-da məğlubiyyətdən qaçdı VİDEO
-
11:40
"Atletiko" "Atletik"ə qalib gəldi VİDEO
-
11:29
"Latsio"dan minimal hesablı qələbə VİDEO
-
11:17
Karate üzrə açıq turnir keçirilib
-
11:02
"Yuventus" - "Milan" matçında heç-heçə VİDEO
-
10:53
Azərbaycanın stolüstü tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub
-
10:38
"Borussiya" darmadağın oldu VİDEO
-
10:26
“Forza Neftçi” qayıdır: Çağırışa müsbət cavab verildi
-
10:11
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
10:04
Elcan Hacıyev: “Avropa çempionu olmaq xəyalım idi”
-
09:45
Derbini "Fənərbaxça" qazandı VİDEO
-
23:25
"Neftçi" azarkeşlərinə çağırış etdi
-
23:08
Renat Dadaşov "Başakşehir"ə qol vurdu
-
21:16
Samir Abasov Xavi ilə görüşdü
-
21:00
"Neftçi"nin 3 futbolçusu "Turan Tovuz"a qarşı oynamayacaq
-
20:27
Şahin Diniyev: “Avrokuboklara getməmək dünyanın sonu deyil”
-
19:53
"Səbail" səfərdə məğlub oldu
-
17:00
Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
-
16:32
Krivostyukun komandası mövsümdə ilk qələbəsini qazandı
-
13:49
Azərbaycanın idmançıları Prezident Kubokunda mübarizə aparacaqlar
-
12:24
Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb
-
11:50
32-ci turun hakim təyinatları
-
11:38
Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda fəaliyyət göstərən məşqçilərlə görüşüb
-
11:13
Bakı Marafonunda iştirak üçün 15-dən çox ölkənin vətəndaşları qeydiyyatdan keçib
-
10:56
Arda Gülər "Real"a qələbə qazandırdı VİDEO
-
10:42
İnfantino "Qarabağ"ı təbrik edib
-
10:29
Bundesliqa: 31-ci turun açılış oyununda 5 qol VİDEO
-
10:17
"Traktor" 1/4 finala yüksəlib
-
10:00
Şahruddin "Qalatasaray"a qarşı belə oynadı VİDEO
-
09:51
Millimiz Monteneqronu məğlub edib FOTOLENT
-
20:28
Hidayətdən 4-cü Avropa çempionluğu
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək