27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Ayxan Abbasov: “Bu gün "Neftçi" həmin matçdakı kimi oynamadı”

"Gözəl və vacib qələbə idi. Bu gün bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Bu qələbəni dar gündə komandanın arxasında dayanan fanatlara hədiyyə edirik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 33-cü turunda “Neftçi”ni 4:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

Mütəxəssis bildirib ki, nəticə ilə yanaşı, komandasının sərgilədiyi oyundan da razıdır: "Neftçi"yə qalib gəlmək xoşdur. Doğma meydanda qələbə qazanmağımız vacib idi. Çünki çoxdandır ki, çempionat matçlarında evdə qələbə qazanmırdıq. Futbolçularıma təşəkkür edirəm. Verilən tapşırıqları yerinə yetirdilər. Həm oyundan, həm də nəticədən razıyam".

A.Abbasov bildirib ki, komandasında “Neftçi”ni məğlub etmək istəyi çox idi: “Kubokla bugünkü matçı müqayisə etməzdim. Tam fərqli oyunlar idi. Bu gün "Neftçi" həmin matçdakı kimi oynamadı. Bəlkə də, biz finala vəsiqə qazansaydıq, oyunlarımız daha ağır keçərdi. Futbolçularımda "Neftçi"ni udmaq istəyi daha çox idi. Azarkeşlərimizin qarşısında qalib gəlmək istəyirdik. Futbolçularımızın hücumda belə aktiv olması, hücumçularımızın qol vurması bizi çox sevindirir. Bu, mövsümün əvvəlindən istədiyimiz oyun idi. Sadəcə vaxt lazım idi”.

“Turan Tovuz”un çalışdırıcısı "Neftçi" ilə kubok matçında səhvinin olması fikri ilə razılaşmayıb: “Yarımfinalda səhvlərimizin olması fikrini qəbul qəbul etmirəm. O oyunda nə lazım idi demişdik. Sadəcə futbolçularımız son 15 dəqiqə stress yaşadı. Çox deyirlər ki, komanda müdafiəyə çox çəkilmişdi. Amma buna bizi rəqib məcbur etmişdi. Etdiyimiz dəyişikliklərə baxın. Hücumameyilli futbolçu buraxdıq oyuna. Matçdan sonra müzakirələr normaldır. Oyunu analiz etmişəm. Komandamızın bir az soyuqqanlı olmaması bizə maneçilik törətdi. Rəqibin real epizodu yox idi. İki oyunu da yaxşı oynamışdıq”.

Mütəxəssis Runi Evanın çıxışı barədə bunları söyləyib: “Runi çox artırdı. Hücumçuların çempionatımıza uyğunlaşması çətindir. Amma Runi də öz komandasını tapıb. Qol vurması bizi sevindirir. Səhv etmirəmsə, 5-6-cı turda, "Qarabağ"la oyundan sonra mənə sual vermişdilər ki "Runini nəyə gətirmisiz?". Onda 4-5 qolu var idi. Bu sual mənə qəribə gəlmişdi. Runinin bu gün 15 qolu var. Təbii ki, təklifləri olacaq. O da peşəkardır, qərar verməlidir. Biz də onun komandada qalmasını istəyirik”.

Ayxan Abbasov standart vəziyyətlərdən çox qol vurmalarının səbəbini belə izah edib: “Həftə ərzində bunun üzərində çalışırıq. Rəqibin kimliyinin fərqi yoxdur. Roderik Millerin gəlməsindən sonra standartlar üstünlüyümüzə çevrilib. Ötən turda da standart vəziyyətlərdən qollar vurduq. Bu, bizi sevindirir”.

O bildirib ki, kubokda yarımfinala yüksəlmək futbolçularda stress yaratmışdı: “Kubok bizim üçün yük idi. Gələcəyimiz üçün geniş heyətimiz olmalıdır. Bəzi oyunlarda dəyişikliklərdə çətinlik yaşadıq. Özümüz də fikirləşirdik ki, kubok matçından sonra komanda yüngülləşəcək. Görünən də odur”.

Sonda o, “Neftçi”nin müdafiəçisi Solomon Kvirkeveliya ilə aralarında nə baş verməsinə aydınlıq gətirib: “Oyunçunun gəlib azarkeşlərə əl işarəsi ilə sakit dayanmağı göstərməsi qıcıqlandırıcıdır. Ona normal şəkildə dedim ki, buna ehtiyac yoxdur. Çünki hər şey ola bilər. Ola bilər ki, mən də fikrimi sərt dedim, o da. Mən müdaxilə etməsəydim, azarkeşlərlə futbolçu dialoqa girəcəkdi. Ümumiyyətlə, neçə gündür ki, bu oyunun mediada ajiotajı var idi. Kubok matçından sonra rəqibin sevincinin videosu çıxmışdı. Biz də, bunu normal qarşılayırdıq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30