27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

“7-8 dəqiqə VAR-a baxmaq olar?”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXXII turunda “Turan Tovuz”a qarşı keçirilən oyunun (1:3) idarəçiliyindən narazı qalıb.

Futbolxeber.az saytının məlumatına görə, matçda sonra təşkil olunan mətbuat konfransında təcrübəli mütəxəssis bununla bağlı deyib:

“İlk hissədə Rəhim Sadıqovun vurduğu qolun hesaba alınmamasını başa düşə bilmədim. Xəttə baxdım, diaqonal qoymuşdular. Anlaya bilmədim. Bunun bir açıqlaması olsa, çox yaxşı olardı. Əminəm ki, eyni epizod qapımızda yaşansaydı, qol hesaba alınacaqdı. Yaxud birinci penaltidə hakim VAR-a çağırılmayacaqdı. Orada 8 dəqiqə vaxt getdi. Nə bilim... “Neftçi” ilə kubok oyunumuzda da Keyta 8 dəqiqə əlində topla gəzdi. Bu qədər VAR-a baxmazlar axı. 7-8 dəqiqə VAR-a baxmaq olar? Qolumuzun hesaba alınmamasını həqiqətən də anlaya bilmədim. Mənə elə gəldi ki, qol idi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30