Ölkə futbolu
Elmar Baxşıyev: “Səhvlər hazırlıqla bağlı deyil”
“Bilirdik ki, bizi ağır oyun gözləyir. Sıx qrafikdə oynadığımız üçün çətinliklər öncədən görsənirdi. Amma düşünürəm ki, komandam bu gün yaxşı mübarizə aparıb, layiqli qələbə qazandı”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 32-ci turunda “Səbail” üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edərkən deyib.
Mütəxəssis 3:0-dan sonra qapılarına 2 qol görmələrinə belə aydınlıq gətirib: “3:0-dan sonra komandanın tempi aşağı salması normaldı. Sevindirici haldı ki, komanda özündə güc tapıb 4-cü qol vurdu”.
Baxşıyev eyni anda 3 futbolçunu əvəzləməsinin səbəbini belə izah edib: “Əvəzetmələri futbolçuların durumuna görə edirik. Emin Səfərov, Omar Hani meydana daxil olduqdan sonra tempi ələ aldıq. Bəzi futboçuların durumu 90 dəqiqə oynamağa hazır deyildi. Asif Məmmədov bizim üçün önəmli oyunçudur. Sadəcə qarşılaşmadan öncə xəstələnmişdi. Hətta bu gün meydana çıxması sual altında idi. Amma xarakter göstərib oyuna çıxdısa, komanda şəklində ona təşəkkür edirik”.
O, Murad Musayevin səhvlərini hazırlıqla bağlamayıb: “Tək Murad səhv etmir, Məqsəd də səhv, Ruan da. Sırf onun üzərində dayanmırıq. Bu səhvlər hazırlıqla bağlı deyil”.
E.Baxşıyev son matçlarda qapıda Atanqanaya şans verməsindən də danışıb: “Bəli, son matçlarda Atanqananın üzərində dayanırıq. Amma səviyyəcə o da, Səlahət Ağayev də eynidir. Kim daha hazır olursa, o da meydana çıxır”.
“Qəbələ”nin çalışdırıcısı rəqibin ikinci hissədə üstünlüyü ələ almasının etdiyi əvəzetmələrlə bağlı olmadığını vurğulayıb: “Üstünlüyü 3 futbolçunun əvəzlənməsinə görə rəqibə vermədik. Sadəcə hesab belə oynamağımıza gətirib çıxarırdı. Düşünürüm ki, əvəzetmə etməsəydik belə, tempi aşağı saldığımıza görə rəqib üstünlüyü ələ alacaqdı. Unutmayaq ki, dörd gündən bir oynayırıq. Ona görə də eyni tempi saxlamaq ağırdı”.
Mütəxəssis Yaovi Akakpoya şans verməməsi barədə sualı belə cavablandırıb: “Oyun elə gedirdi ki, rəqib üstümüzə gəlirdi. Buna görə də daha bir hücumumeyilli oyunçu buraxmağa ehtiyac duymadım. Yaovi inandığımız futbolçudur. Onunla müqaviləni yeniləyəcəyik. Sadəcə onun mövqeyində oynayan futbolçular hazırda pik formadadırlar”.
Baxşıyev transfer çalışmalarından da söz açıb: “Yerlilərdən Urfan Abbasovla müqaviləni yeniləmişik. Yaovi ilə də razılıq əldə olunub. Proses davam edəcək”.
Sonda mütəxəssis yeni mövsümdə "Qəbələ"də qalıb-qalmayacağı barədə sualı cavablandırıb: “Mən “Qəbələ”də yeni sima deyiləm. Hələ ki, buradayam. Mətbuatda nə qədər xəbərlər çıxsa da, “Qəbələ”nin baş məşqçisiyəm və bütün fikrim buradadır”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
-
15:46
“Sumqayıt”dan azarkeşlərinə müraciət
-
14:11
"Kəpəz"in üç futbolçusu "Qəbələ"yə qarşı oynamayacaq
-
13:38
Azərbaycan idmançısı Paris-2024-ə vəsiqə qazandı
-
12:05
“Səbail”in müdafiəçisi: “Son 4 tur bizim üçün finala bərabərdir”
-
11:54
"Bayer" yenə 90+6-da məğlubiyyətdən qaçdı VİDEO
-
11:40
"Atletiko" "Atletik"ə qalib gəldi VİDEO
-
11:29
"Latsio"dan minimal hesablı qələbə VİDEO
-
11:17
Karate üzrə açıq turnir keçirilib
-
11:02
"Yuventus" - "Milan" matçında heç-heçə VİDEO
-
10:53
Azərbaycanın stolüstü tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub
-
10:38
"Borussiya" darmadağın oldu VİDEO
-
10:26
“Forza Neftçi” qayıdır: Çağırışa müsbət cavab verildi
-
10:11
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
10:04
Elcan Hacıyev: “Avropa çempionu olmaq xəyalım idi”
-
09:45
Derbini "Fənərbaxça" qazandı VİDEO
-
23:25
"Neftçi" azarkeşlərinə çağırış etdi
-
23:08
Renat Dadaşov "Başakşehir"ə qol vurdu
-
21:16
Samir Abasov Xavi ilə görüşdü
-
21:00
"Neftçi"nin 3 futbolçusu "Turan Tovuz"a qarşı oynamayacaq
-
20:27
Şahin Diniyev: “Avrokuboklara getməmək dünyanın sonu deyil”
-
19:53
"Səbail" səfərdə məğlub oldu
-
17:00
Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
-
16:32
Krivostyukun komandası mövsümdə ilk qələbəsini qazandı
-
13:49
Azərbaycanın idmançıları Prezident Kubokunda mübarizə aparacaqlar
-
12:24
Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb
-
11:50
32-ci turun hakim təyinatları
-
11:38
Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda fəaliyyət göstərən məşqçilərlə görüşüb
-
11:13
Bakı Marafonunda iştirak üçün 15-dən çox ölkənin vətəndaşları qeydiyyatdan keçib
-
10:56
Arda Gülər "Real"a qələbə qazandırdı VİDEO
-
10:42
İnfantino "Qarabağ"ı təbrik edib
-
10:29
Bundesliqa: 31-ci turun açılış oyununda 5 qol VİDEO
-
10:17
"Traktor" 1/4 finala yüksəlib
-
10:00
Şahruddin "Qalatasaray"a qarşı belə oynadı VİDEO
-
09:51
Millimiz Monteneqronu məğlub edib FOTOLENT
-
20:28
Hidayətdən 4-cü Avropa çempionluğu
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək