2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Vüqar Əsgərli Murad Musayevin cavabını verdi: “Sabah”ın oyunçuları vaxt uzadırdı”

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Sabah”ın çalıdırıcısı Murad Musayevin komandası haqda səsləndirdiyi fikirlərə cavab verib.

Futbolxeber.az saytının məlumatına görə, gənc məşqçi rəqibin futbolçularının meydanda vaxt apardıqlarını bildirib:

“Murad Musayev hər dəfə mətbaut konfransında qeyd edir ki, "Şamaxı"nın oyunçuları vaxt aparır, yerə yıxılırlar. Bu gün əksini gördük. Sevindirici deyil. Halbuki əllərində bu cür möhtəşəm futbolçular var. Amma "Şamaxı" gənclərdən formalaşıb. İstəyərdik ki, bizə qarşı belə hərəkətlər etməsinlər. Hakim haqda biz də çox şey danışa bilərik, amma danışmırıq. Çünki hakim də insandır, səhv edə bilər. Bugünkü hakimlik möhtəşəm idi, əla oyun apardılar. Ancaq oyuna üç dəqiqə əlavə etdilər. Halbuki "Sabah"ın bəzi oyunçuları özünü yerə atmaqla vaxt uzadırdı. Autlarda topu götürmək istəmirdilər. Amma "Sabah"a gələcəkdə uğurlar arzu edirəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31