2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Murad Musayev: “Evdə də xanımım və uşaqlarla danışmağımı da müzakirə edək?”

“Birinci hissədə əla, Avropa futbolu  nümayiş etdirdik. Hücumlarımız çox oldu, əla qol vurduq. Yaxşı pressinq edirdik, eləcə də müdafiə olunurduq. Təəssüf ki, ikinci yarıda bunun davamını gətirə bilmədik. Fasilədən sonra meydanda bərabər oyun getdi. Düzdür, rəqibin qol epizodu yox idi, üstünlük yenə də bizdə idi. Çox şadam ki, vacib qələbə qazandıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının XXXII turunda “Şamaxı”nı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

Rusiyalı mütəxəssis komandasının ikinci hissədə zəif təsir bağışlamasının səbəbini bilmədiyini söyləyib: “Bunun nə ilə əlaqədar olduğunu bilmirəm. Yəqin ki, emosiyasız şəkildə oyunu təhlil etdikdən sonra bu suala daha dəqiq cavab vermək olar. Bəlkə də futbolçular rahatlaşdılar, artıq matçın taleyinin həll olunduğunu düşündülər. Rəqib son vaxtlar çox yaxşı oynayır, inkişaf edir. Bunları da nəzərə almaq lazımdır”.

“Sabah”ın çalışdırıcısı növbəti dəfə hakimlərlə problem yaşaması, aqressiv olması barədə sualı da aqressiv şəkildə cavablandırıb: “Həmin anda yanımda idiz? Baxın, görün hakimlər nə edir. Azərbaycanda hakimliklə bağlı böyük problem var. Heç kim bundan danışmır. Bizi sadəcə "öldürdülər". Hakim 90 dəqiqə ərzində bütün cərimələri bizim əlehimizə verdi. Siz sadəcə mənim qırmızı vərəqəmi görürsüz. Narazılıq bildirən kimi, dərhal vərəqə göstərirlər. Heç olmasa, hakimin fitlə nə etdiyinə baxın. Çempionatda hakimin "Sabah"ın xeyrinə olan bir səhvini mənə deyin. Birini də deyə bilməzsiz. Daim anlaşılmaz qərarlar verirlər, anlaşılmaz şeylər baş verir. Amma daim hamı qırmızı vərəqəni müzakirə edir”.

Musayev futbolçularına qarşı aqressiv olması ilə bağlı sualında cavabında deyib: “Mənim oyunçularımdır da, nə problem var ki burada? Necə lazımdırsa, onlarla danışa bilərəm. Evdə də xanımım və uşaqlarla da sərt danışa bilərəm. Onu da müzakirə edək?”

O, növbəti dəfə çempionluq barədə düşünmədiklərini bildrib: “Qarabağ”la xal fərq azalsa da, çempionluq hədəfimiz yoxdur. Məqsəd avrokuboklara düşməkdir. "Qarabağ"ın uğursuzluqları hansıdır? 50 oyundan birində uduzurlar. Məğlubiyyətsizlik var. Dörd oyunumuz qalıb, onları udmaq istəyirik. "Qarabağ" fantastik şəkildə xallar toplayır. Bizim hədəfimiz avrokuboklara düşməkdir. İkinci yeri tutmaq istəyirik. Birinci yeri tutmaq bizdən asılı deyil. "Qarabağ"la yeddi xallıq fərqimiz var”.

M.Musayev ölkə kubokunun finalında "Neftçi" və "Qəbələ"nin olmasına belə münasibət bildirib: "Sabah"ın finalda olacağını gözləyirdim. Amma alınmadı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31