2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Samir Abasov: "Ən yaxşı bacardığımız iş çətin vəziyyətlərdən çıxmaqdır"

“Bugünkü oyunda bizə xal və ya xallar lazım idi. Heç cür uduzmamalı idik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXXII turunda “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O, komandasının qələbəsini belə şərh edib: “Futbolçularda gərginlik var idi. Matçdan öncə onlara bildirmişdik ki, bu gün meydanda mübarizə olacaq, bacardığımız qədər mübarizələrdən qalib çıxmalıyıq. Kim bir qol vursa, o da oyunu udacaqdı. Elə alındı ki, həmin qolu biz qol vurduq. Gözəl də qol alındı. Vüsal İsgəndərli daha əvvəl də fərqlənə bilərdi. Yorğun halda evə qayıdırıq. Qəbələdə oynamaq çətindir. Buna baxmayaraq, yaxşı mübarizə apardıq”.

Abasov qələbəyə baxmayaraq, hələlik turnir cədvəlində altıncı yeri tutmaq barədə düşünmədiklərini bildirib: “Düzdür, hazırda 6-cı yerdən cəmi 2 xal geri qalırıq. Amma indidən yer barədə düşünmürük. Sabahdan bütün diqqətimizi "Səbail"lə qarşıdakı növbəti oyuna yönəldəcəyik. Təbii ki, altıncı yeri tutmağımız xoş olar. Əsas olan çempionatdakı yerimizi qorumaqdır”.

“Sumqayıt”ın çalışdırıcısı komandasının çətinliklərdən çıxmağı bacardığını vurğulayıb: “Qışdan sonra ən yaxşı bacardığımız iş çətin vəziyyətlərdən çıxmaqdır. "Sabah" və "Neftçi"dən 10 qol buraxdıqdan sonra "Şamaxı" ilə heç-heçə etdik, "Turan Tovuz"u udduq. Bu, bir komanda üçün çox önəmlidir. Stabil çıxış etməsək də, ayaqdayıq. Mənim üçün ən xoş olan şey çətin vəziyyətlərdən çıxa bilməkdir. Bu vəziyyətdən futbolçular özləri çıxır. Məşqçi işi bir faizdir. Ötən tur "Qəbələ"yə son dəqiqə qolu ilə məğlub olduğumuza görə futbolçular çox məyus olmuşdular. Bu baxımdan çətin idi. Amma yaxşı oynayıb uduzmuşduq. Bu, müsbət məqam idi. Futbolçulara dedik ki, "Kəpəz"ə qarşı da belə oynasaq, qələbə qazana bilərik”.

Abasov komandasının iddialı komandalarla bacarmaması haqda sualı belə cavablandırıb: “Qışdan sonra pis oynamırıq. Amma iddialı kollektivlərlə matçlarda keyfiyyət baxımından əziyyət çəkirik. Bunlar da yavaş-yavaş düzələcək. O rəqiblərlə hələ ki, bacara bilmirik”.

Sonda Samir Abasov Vüsal İsgəndərlinin hər qoldan sonra rəqib azarkeşlərlə polemikaya girməsinə də toxunub: “Bu, çox pis şeydir. Hər bir halda futbolçu özünə nəzarət etməlidir. Əslində bunu deyəcək adam mən deyiləm. Mən özüm də aqressivəm. Vüsal "Qəbələ" ilə oyunda qol vura bilmədiyinə görə paltardəyişmə otağında ağlayırdı. Azarkeşlərə qarşı davranışlarını danışıb, yoluna qoyacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31