2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Qəbələ”dən yubiley qolu

“Qəbələ” tarixində 850-ci qolu vurub.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, yubiley Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşünə təsadüf edib.

“Səbail”in qonağı olan “qırmızı-qaralar” 1:0 hesabı ilə qalib gəlib. Qələbə topuna, həm də klub tarixinin bütün turnirlər nəzərə alınmaqla 850-ci qoluna İsnik Alimi imza atıb.

2005-ci ildə peşəkar klub kimi fəaliyyətə başlayan “Qəbələ” bu yubileyi 648-ci matçında gerçəkləşdirib. Komandanın ilk qolu 2005-ci il sentyabrın 21-də birinci dəstənin “Şərur”la ev matçında (8:0) vurulub. 23-cü dəqiqədə rəqib futbolçu İlqar İbrahimov avtoqol müəllifi olub.

İsnikin “ASCO Arena”da dəqiq yerinə yetirdiyi penalti həm də Azərbaycan kubokunda 50-ci səfər qoludur. Bu, rəqib meydanındakı 35-ci görüşə təsadüf edib.

Bu turnirdə ilk səfər qolu 2005-ci il oktyabrın 15-də qeydə alınıb. MOİK-lə qarşılaşmada (4:0) İbrahim Hüseynov fərqlənib.

“Səbail”ə vurulan top şimali makedoniyalı legionerin “Qəbələ” formasında 20-ci qolu olub. O, 68-ci matçında bu rəqəmə çatıb. Alimi klub tarixinə 20 və daha çox top vuran 9-cu futbolçu kimi düşüb. “5 nömrə” ilk dəfə 2021-ci il avqustun 15-də “Neftçi” ilə səfər görüşündə (2:2) rəqib qapısına yol tapıb. Yarımmüdafiəçi 67-ci dəqiqədə penaltidən dəqiq yararlanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31