28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

Samir Abasov: “Buraxdığımız qollarda keyfiyyət öz sözünü dedi”

“Rəqibi təbrik edirəm, layiqli qələbə qazandılar. Xüsusilə buraxdığımız qollarda keyfiyyət öz sözünü dedi. Biz də qol vura bilərdik, amma təəssüf ki, bunu bacarmadıq. Hücumun son mərhələsində oyunçunun hansı qərarı verəcəyindən çox şey asılıdır. Biz bunu “Sabah”da gördük. Bu oyunun üzərində çox dayanmaq istəmirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 26-cı turunda "Sabah"a 0:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Deməzdim ki, “Sabah”a qarşı oyunlarımız alınmır. Məsələn, biz çox çalışdıq və bu gün ilk qolu rəqibin vurmasının qarşısını necə alacağımız barədə məşqlərdə danışmışdıq. Dəfələrlə futbolçulardan bunu başa düşüb-düşmədiklərini soruşdum. Onlar başa düşdüklərini söylədilər. Amma matçda məhz belə bir qol gördülər və bu üzücüdür. Fasilədən sonra daha yaxşı oynamağa, rəqibə təzyiq göstərməyə başladıq. Qol vursaydıq, nəticə başqa cür ola bilərdi. Amma sonra öz qapımızda qollar gördük. Hesabın oyuna görə olduğunu əminliklə deyə bilmərəm. Biz də qol vursaydıq, daha yaxşı olardı", - deyə o bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30