Ölkə futbolu
Rəşad Sadıqov: “Azərbaycanda futbol tabloya görə qiymətləndirilir”
“Çox gərgin mübarizə şəraitində keçən oyun oldu. Bu, gözlənilən idi. Gəncədə “Kəpəz”ə qarşı oyunlar həmişə çətin keçir. Meydançanın durumu da müəyyən qədər maneə törədirdi. Maksimum çalışdıq ki, yaxşı oyun sərgiləyək. Bu gün lazım olan da istəkli, aqressiv oynamaq, birəbir mübarizələrdən qalib ayrılmaq idi".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 26-c turunda səfərdə “Kəpəz”lə oyundan (1:1) sonra deyib.
Sadıqov bildirib ki, heç-heçə ədalətli nəticədir: "Baxımlı oyuna şahidlik etmədik. Daha çox uzun ötürmələrdən istifadə olunurdu. Standart vəziyyətlər də çoxluq təşkil etdi. Birinci hissə də bizim üçün pis keçmədi, hər bizim, həm də rəqibin şansları var idi. Fasilədən sonra hücum xəttini gücləndirdik. Nəticəni dəyişməyə məcbur idik. İkinci hissənin əvvəlində daha yaxşı oynayırdıq. Hissənin ortasında rəqib standart vəziyyətlərlə qapımızda təhlükəli epizodlar yaradırdı. O dəqiqələrdə üstünlük rəqib tərəfdə idi. Lakin çox gözəl qurulmuş hücum nəticəsində penalti qazandıq və hesabı bərabərləşdirdik. Hesabda tarazlıq yaratdıqdan sonra da qol şansımız oldu. İstifadə etsəydik, bəlkə qələbə də qazanardıq. Düşünürəm ki, ədalətli nəticə elə heç-heçə idi”.
Təcrübəli mütəxəssis fasilədə 3 futbolçunu əvəzləməsinə belə aydınlıq gətirib: “Əslində, fasilədə bir əvəzetmə planlaşdırırdım. Lakin 38-ci dəqiqədə buraxdığımız qol planları dəyişdi. Artıq daha hücumameyilli futbolçulara şans verməliydik. Buna görə də 3 əvəzetmə birdən reallaşdırdıq. Şükürlər olsun ki, dəyişikliklər özünü doğrultdu. Söhbət qoldan, yaxud nəticədən getmir. Ümumən oyunumuzda canlanma yarandı. Yunun gedişatını və şəraiti nəzərə alsaq, bu gün 1 xal qazandığımızı düşünürəm. Futbolçularıma təşəkkür edirəm. Çox yaxşı mübarizə apardılar”.
Sadıqov qış fasiləsindən sonra 8 tur ərzində cəmi 2 qələbə qazanmalarına baxmayaraq, komandasından narazı qalmadığını bildirib: “Azərbaycanda futbol tabloya görə qiymətləndirilir. Eyni oyunu oynayırsan, 1:0 udmusan, hamı sənə oyundan danışır. Lakin eyni oyunla 0:1 uduzduqda, hamı deyir bu gün dəyişikliklərin düz deyildi, heyət, yaxud taktika düz seçilməmişdi. Təbii ki, nəticə önəmlidir. Amma mən təkcə nəticəni düşünmürəm. 8 oyundan 2-3-nü çıxsaq, digərlərində çox yaxşı futbol oynamışıq. Daha çox qələbə qazana, daha çox xal toplaya bilərdik. Lakin mən də futbolçu olmuşam, bilirəm ki, müəyyən səbəblər olub. Hardasa kobud səhvlərimiz olub, hardasa qol epizodlarını boşa vermişik. Qış fasiləsindən sonra keçirdiyimiz 8 oyundan 1-2-sini çıxsaq, digərlərindən narazı deyiləm. Müəyyən məqamlar var ki, onları artırsaq, daha güclü “Zirə”ni görəcəyik”.
R.Sadıqov matç bitdikdən sonra azarkeşlərdən biri ilə arasında yaranan narazılıqdan da söz açıb: “Yerli azarkeşlərdən biri mənimlə şəkil çəkdirdi. Baş bir fanat isə buna etiraz etdi. Həmin şəxsdən narazılığının səbəbini soruşdum. Yəni hər hansı bir insident baş verməyib”.
“Zirə”nin çalışdırıcısı ilk dəfə Gəncədə baş məşqçi kimi meydana çıxmasından da danışıb: “Futbolçu kimi də Gəncəyə, Tovuza gələndə çətin olacağını bilirdik. Bu gün də eyni hissləri keçirirəm. Təbii ki, Gəncəyə futbolun qayıtması sevindiricidir. Dünən legionerlərə də dedim ki, Gəncə futbol şəhəridi, azarkeşlər futbolu çox gözəl başa düşürlər. “Kəpəz”ə uğurlar arzulayıram. Çox gözəl komanda formalaşdırıblar. Həqiqətən də maraqlı futbol sərgiləyirlər”.
Rəşad Sadıqov ötən mövsümlə müqayisədə son turlar 7 legionerlə çıxış etmələrinin komandaya təsirindən də söz açıb: “Düşünürəm ki, ötənilkindən daha yaxşı futbol sərgiləyirik. Bu gün komandada görülən işlərin faydasını qarşıdakı turlarda görəcəyimizə əminəm. Elə şeylər var ki, onları komandaya aşılamaq üçün vaxt lazımdı. Ona görə də istədiyimiz effekti bir neçə turdan sonra alacağıq. Yaxşı qeyd etdiniz ki, keçən mövsüm yerlilərlə daha çox oynayırdıq. Halbuki bu barədə danışılmırdı. Özülüymdə düşünürdüm ki, yəqin bu məqam heç kimin diqqətini çəkmir. Mənim üçün yerli, yaxud legioner futbolçunun fərqi yoxdu. Nə futbolçu olanda buna fikir vermişəm, nə də indi məşqçi kimi. Sağlam rəqabət gedir, kim daha güclüdürsə, o da oynayacaq. Başqa söhbət ola bilməz”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
23:00
"Sumqayıt" "Qarabağ"a belə qalib gəldi VİDEO
-
21:56
"Neftçi" və "Sumqayıt"dan qələbə
-
21:05
"Neftçi"dən "Turan Tovuz"a 3 cavabsız qol VİDEO
-
15:46
“Sumqayıt”dan azarkeşlərinə müraciət
-
14:11
"Kəpəz"in üç futbolçusu "Qəbələ"yə qarşı oynamayacaq
-
13:38
Azərbaycan idmançısı Paris-2024-ə vəsiqə qazandı
-
12:05
“Səbail”in müdafiəçisi: “Son 4 tur bizim üçün finala bərabərdir”
-
11:54
"Bayer" yenə 90+6-da məğlubiyyətdən qaçdı VİDEO
-
11:40
"Atletiko" "Atletik"ə qalib gəldi VİDEO
-
11:29
"Latsio"dan minimal hesablı qələbə VİDEO
-
11:17
Karate üzrə açıq turnir keçirilib
-
11:02
"Yuventus" - "Milan" matçında heç-heçə VİDEO
-
10:53
Azərbaycanın stolüstü tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub
-
10:38
"Borussiya" darmadağın oldu VİDEO
-
10:26
“Forza Neftçi” qayıdır: Çağırışa müsbət cavab verildi
-
10:11
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
10:04
Elcan Hacıyev: “Avropa çempionu olmaq xəyalım idi”
-
09:45
Derbini "Fənərbaxça" qazandı VİDEO
-
23:25
"Neftçi" azarkeşlərinə çağırış etdi
-
23:08
Renat Dadaşov "Başakşehir"ə qol vurdu
-
21:16
Samir Abasov Xavi ilə görüşdü
-
21:00
"Neftçi"nin 3 futbolçusu "Turan Tovuz"a qarşı oynamayacaq
-
20:27
Şahin Diniyev: “Avrokuboklara getməmək dünyanın sonu deyil”
-
19:53
"Səbail" səfərdə məğlub oldu
-
17:00
Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
-
16:32
Krivostyukun komandası mövsümdə ilk qələbəsini qazandı
-
13:49
Azərbaycanın idmançıları Prezident Kubokunda mübarizə aparacaqlar
-
12:24
Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb
-
11:50
32-ci turun hakim təyinatları
-
11:38
Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda fəaliyyət göstərən məşqçilərlə görüşüb
-
11:13
Bakı Marafonunda iştirak üçün 15-dən çox ölkənin vətəndaşları qeydiyyatdan keçib
-
10:56
Arda Gülər "Real"a qələbə qazandırdı VİDEO
-
10:42
İnfantino "Qarabağ"ı təbrik edib
-
10:29
Bundesliqa: 31-ci turun açılış oyununda 5 qol VİDEO
-
10:17
"Traktor" 1/4 finala yüksəlib
-
10:00
Şahruddin "Qalatasaray"a qarşı belə oynadı VİDEO
-
09:51
Millimiz Monteneqronu məğlub edib FOTOLENT
-
20:28
Hidayətdən 4-cü Avropa çempionluğu
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi