29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Regekampf: “İstəyirik ki, uğurumuzun ardını gətirək”

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf klubun televiziyasına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis Azərbaycan Premyer Liqasının 26-ci turunda "Şamaxı"ya qarşı keçirəcəkləri oyundan əvvəl komandanın hazırlıq prosesi haqda danışıb: 

"Bu gün hava çox yaxşıdır. Hazırlıq prosesimiz də yaxşı gedir. Bütün futbolçular sərəncamımdadır. Son matçlarda yaxşı çıxış etdiyik, indi növbəti oyuna hazırlaşırıq. İstəyirik ki, uğurumuzun ardını gətirək".

Regekampf Şamaxı şəhər stadionunun süni ot örtüklü olmasının komandaya problem yaradıb-yaratmayacağı barədə suala belə cavab verib:

"Biz bu barədə düşünmürük. Özümüz hazırlayırıq ki. bu görüşdə qələbə qazanaq. Səviyyəmizi ortaya qoymalıyıq. Normal ot örtüyü olmasa da, biz sübut etməliyik ki, oraya qələbə qazanmağa gəlmişik".

“Neftçi”nin çalışdırıcısı son oyunlarda heyətdə rotasiyalar etməsinə də toxunub:

"Daha əvvəl belə bir şansım olmamışdı. Çünki heyətdə zədəli futbolçular var idi. İndi hər şey öz qaydasındadır. Demək olar ki, bütün futbolçular bizimlədir. Bu da nəticə baxımından özünü göstərir".

Ata Caaberin yoxluğunda "Turan Tovuz"la görüşdə əsas heyətdə Sezar Meza Kolli yer almışdı. Regekampf isə onun "Şamaxı" ilə matçda da start heyətində meydana çıxıb-çıxmayacağı barədə suala bu cür cavab verib:

"Baxıb, görəcəyik. Həmin mövqeydə bir neçə seçimimiz var. Ata Caaberin zədəsi məni üzür. Amma futbolda belə hallar olur. Onun tezliklə sıraya dönəcəyinə inanıram. Sezar Meza Kollinin ötən qarşılaşmada qol vurmasına görə isə sevinirəm. Çox gözəl oyun nümayiş etdirib. Amma futbolçunun 7 ay sonra yaşıl meydanlara qayıtdığını nəzərə almalıyıq. Bunun üzərində işləyirik. Meza Kollinin hansı keyfiyyətlərə sahib olduğunu bilirik. Ona inanıram. Hər məşq göstərirəm ki, ona güvənirəm".

Mütəxəssis yeni transferlərin komandaya kifayət qədər uyğunlaşdığını deyib:

"Onlar burada oynamaq üçün yetərli səviyyədə olduqlarını artıq göstəriblər. Bizim səviyyəmiz daha da artıb. Mövsümü zədəsiz başa vuracaqlarına ümid edirəm".

Qeyd edək ki, martın 12-də keçiriləcək "Şamaxı" - "Neftçi" matçı saat 15:00-da başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30