29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

De Byazi: "Müqaviləmi uzatmayacağam"

Millimizin baş məşqçisi Canni De Byazi yığmamızla Avro-2024-ün seçmə oyunlarından sonra başa çatacaq  müqaviləsinin müddətini uzatmayacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə italiyalı mütəxəssis ölkəsinin "Radio Crc" radiosuna açıqlamasında deyib.

O, Azərbaycanda kənarda oynayan 4 futbolçusunun olduğunu bildirib: "Bir oyunçumu (Anton Krivotsyuk nəzərdə tutulur - red) izləmək üçün Cənubi Koreya çempionatına baxdım. Bu çempionat çox gözəldir. Çünki azarkeşlərin çılğın dəstəyi var. Mahir Emreli yaxşı keyfiyyətlərə malikdir, amma yenə də onlardan yaxşı istifadə edə bilmir".

De Byazi  növbəti matçda  20 yaşlı qapıçı (Yusif İmanov - red) oynadacağın söyləyib: "Çünki artıq qapıçılarım yoxdur. Onun yaxşı bacarığı var və düşünürəm ki, əgər bir oyunçu gənc də olsa, özünü sübut etsə, ona şans vermək düzgündür".

O, millimizin ardıcıl 5 oyunda qalib gəlməsi haqda da danışıb: "Məndən əlimdən gələni etməyimi istədilər, ardıcıl 5 oyunda qalib gəldik və məncə, bu, qeyri-adi hadisədir. Düşünürəm ki, müqavilə müddəti bitəndən sonra onu daha uzatmayacağam".

Qeyd edək ki, AFFA De Byazi ilə ötən ilin sentyabrın 30-u başa çatan müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılıb. Mütəxəssis 2020-ci ilin iyulundan Azərbaycan millisini çalışdırır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30