28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanovun 700-cü oyunu

"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov baş məşqçi karyerasında 700-cü oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, 51 yaşlı mütəxəssisin yubileyi Azərbaycan Premyer Liqasının 25-ci turuna təsadüf edib. Onun rəhbərlik etdiyi “Qarabağ” səfərdə “Qəbələ” ilə qarşılaşıb. Bu görüşdə onun komandası 3:1 hesabı ilə qalib gəlib.

Qəbələdəki qarşılaşma Qurbanovun bütün komandalarda və turnirlərdə ümumilikdə 700-cü matçı kimi tarixə düşüb. Burada cəza və ya digər səbəbdən texniki zonadan deyil, kənardan komandaya rəhbərlik etdiyi görüşlər də nəzərə alınıb.

Qurbanov baş məşqçi karyerasına 2006-cı ilin yayında başlayıb. O, karyerası ərzində üç komandaya rəhbərlik edib. Qurbanov “Qarabağ”dan başqa, “Neftçi”də 38, Azərbaycan millisində 12 oyunda iş başında olub.

“Qəbələ” ilə qarşılaşma həm də Qurbanovun “Qarabağ”ın baş məşqçisi kimi 650-ci qarşılaşması olub. Mütəxəssis 2008-ci ilin yayından baş məşqçisi olduğu Ağdam klubunu səfər matçınadək 649 matça çıxarmışdı.

Qeyd edək ki, Qurbanovun baş məşqçi kimi debütü 2006-cı il avqustun 6-da reallaşıb. Onun rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlib. Mütəxəssis bundan 2 il 3 gün sonra “Qarabağ”da debüt edib. Ağdam klubu səfərdəki çempionat matçında “Bakılı”ya qalib gəlib - 2:1.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30