29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

7 klub cərimələndi, 3 futbolçu cəzalandı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının 25-ci turunda keçirilən oyunlarla bağlı qərarlar verilib.

“Zirə” - “Şamaxı” matçında “Zirə” oyun günü planı tələblərini pozduğuna görə 800 manat cərimələnib.

“Səbail” - “Sumqayıt” oyununda “Səbail”in azarkeşləri tərəfindən təhqiramiz ifadələrin işlənməsinə görə klub 4000 manat cərimələnib. “Səbail”in oyunçusu Qustavo de Fransa rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimələnib.

“Sumqayıt”ın nümayəndəsinin iclasa gecikməsinə görə klub 800 manat cərimələnib.

“Sabah” –“Kəpəz” oyununda “Sabah”ın futbolçusu Anatoli Nuriyev ikinci sarı vərəq alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimələnib.

“Kəpəz”in futbolçusu Abdullahi Şuaybu ciddi qayda pozuntusu edərək birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 2 oyunluq cəzalandırılıb, klub 1600 manat cərimələnib. “Kəpəz”in azarkeşləri tərəfindən oyunun hakimlərinin kütləvi təhqir edilməsinə görə klub 4000 manat cərimələnib.

“Qəbələ” - “Qarabağ” oyununda “Qarabağ”ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30