3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“İzmir Cup”: “Neftçi” “pley-off”da!

Türkiyədə keçirilən “İzmir Cup-2023” turnirinin qrup mərhələsinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” və “Neftçi”nin U-12 komandaları da növbəti matçlarını keçiriblər.

“Qarabağ”ın U-12 komandası ikinci oyun günündə 5 matça çıxıb. Komanda “Ayntraxt” (Almaniya, Frankfurt) və “Manisa” (Türkiyə) klublarına qalib gəlib. Hər iki oyun 1:0 hesabı ilə başa çatıb. Türkiyənin “Başakşəhər” və “Altınordu” klublarına 0:1 hesabı ilə uduzan komanda son turda Portuqaliya “Portu”su ilə heç-heçə edib - 0:0.

Bu nəticələrdən sonra 8 xala malik “Qarabağ” yer aldığı E qrupunda 6-cı yeri tutub və pley-offa vəsiqə qazana bilməyib.

“Neftçi”nin 12 yaşlılardan ibarət komandası isə Türkiyənin “Beşiktaş” (1:0), “Urla Bələdiyyəsi” (3:0), Belçikanın “Vesterlo” (1:0) komandalarına qalib gəlib. Fransanın “Mets” (0:1) və Rusiyanın “Zenit” (0:6) klubları ilə də qarşılaşmalar isə uğursuz alınıb. Buna baxmayaraq, H qrupunda 13 xalla 4-cü yeri tutan “Neftçi” pley-offa vəsiqə qazanmağı bacarıb.

“Ağ-qaralar” 1/16 finalda bu gün Belçikanın “Brügge” komandası ilə qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31