2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Samir Abasov: “Qol vura biləcəyimiz zaman qol buraxdıq”

“Möhtəşəm atmosfer üçün azarkeşlərə təşəkkür edirəm. Bizi dəstəklədilər. Oyun haqqında nə demək olar? Qol vura biləcəyimiz zaman qol buraxdıq. “Neftçi”nin 2-ci qolu bacarmadıqlarımızın bariz nümunəsi oldu: həmin ötürmə və son zərbə. Bizdə bu yoxdur. Biz topa nəzarət edirdik, epizodlar oldu, amma cərimə meydançasında topu rəqibə vurub, geri qayıdırıq. . Bəzən bəxtimiz gətirmirdi. Bundan sonra nəsə demək çətindir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 29-cu turunda evdə "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"İlk hissədə yaxşı oynadıq. Biz çox qol buraxdığımız standart vəziyyətlərdən qorxurduq. Rəqib hesabı açsa da, biz özümüzü itirmədən sona qədər mübarizə apardıq. İkinci hissədə daha da yaxşı oynasaq da,  son nöqtələri qoya bilmədik. Elə vaxtlar olur ki, futbolçuya heç nə demək lazım deyil, o, özü qərar verməlidir. Bu gün “Neftçi”nin futbolçuları bunu bizim oyunçulara göstərdi. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Qarşıda bizi Şamaxıya çətin səfər gözləyir”, - deyə o bildirib.

Təcrübəli çütəxəssis oyundan sonra “Neftçi”nin kapitanı Emin Mahmudovla nə barədə danışması haqda deyib:  “Neftçi”nin bütün futbolçuları ilə danışdım, amma Eminlə söhbət uzandı. Çünki onu çox istəyirəm. Xəbərləri oxudum, onun müqaviləsinin başa çatmasından xəbərim var. Bu barədə onunla danışdıq. Böyük qardaş kimi ona məsləhətimi verdim. Mən burada hər şeyi açıqlamayacağam".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31