3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Regekampf: “Məqsəd kuboku qazanmaqdır”

"Sumqayıta qələbə üçün gəlmişdik. Oyunumuz pis alınmadı. Bilirdim ki, futbolçularım "Zirə" ilə matçdan fərqli olaraq, bu gün daha yaxşı reaksiya verəcəkdilər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 29-cu turunda səfərdə "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Ötən həftə oynadığımız oyuna hazırlıq zamanı bütün futbolçular bizimlə deyildi. Vaxtımız da az idi. Ancaq həftəboyu demək olar ki, bütün oyunçular sərəncamımda idi və oyuna yaxşı hazırlaşa bilmişdik. Nəticə oyuna görə oldu", - deyə o bildirib.

Rumın mütəxəssis söyləyib ki,  oyundan-oyuna uğurlu nəticələr qazanmağa çalışacaqlar: "Qarşıda bizi "Turan Tovuz" və Səbail"lə süni örtüklü meydanda oyunlar gözləyir. Bizim üçün çətin dövr olacaq. Çünki hazırda qarşımızda duran ən ali məqsəd kuboku qazanmaqdır".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31