2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Diniyev: “Onun meydana çıxması ilə Premyer Liqada qalacağıqsa, bu, mənə lazım deyil”

“Çox gərgin oyun idi. Matçın tempi çox yüksək idi, qarşılıqlı hücumlar var idi. Həm “Sabah”, həm də biz tərəfdən. Həmişə demişəm ki, “Sabah” baxımlı futbol sərgiləyir və bu komandanın sisteminə qarşı mübarizə aparmaq çox çətindi. Rəqibin cinahlardan və mərkəzdən qurduğu hücumların qarşısını almaq üçün taktiki cəhətdən daha savadlı, daha etibarlı, daha dəqiq oynamalısan. Düşünürəm ki, komandam bu gün hissələrlə, dəqiqələrlə yox, bütün 97 dəqiqəni yüksək səviyyədə keçirə bildi. Futbolçular meydanın hər qarışı uğrunda mübarizə apardılar. Özlərini meydanda fəda etdilər. Sevinirəm ki, “Sabah” kimi komandaya qalib gəldik. Komanda sona qədər özünə inandı. Sonda da qələbə qolunu vura bildik. Bu 3 xal bizim üçün hava-su kimi vacib idi. Amma arxayınlaşmaq olmaz. Hələ də turnir cədvəlində mövqeyimiz dəyişməyib”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 29-cu turunda “Sabah”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Mütəxəssis meydana hücumçusuz çıxdıqlarını bildirib: “Əvəzetmələrlə bağlı onu deyə bilərəm ki, biz bu gün hücumçusuz oynayırdıq. Start heyətində iki “10 nömrə”yə şans vermişdim. Yalnız ikinci hissədə meydana hücumçu buraxdım. Çünki qol vurmaq zamanı gəlib çatmışdı. Bir daha deyirəm ki, futbolçularım bu gün taktiki cəhətdən çox savadlı oynadılar. Verdiyim tapşırıqları yerinə yetirdilər. Çempionatın sonuna qədər vuruşmalıyıq. Çünki bizi çətin bir finiş gözləyir”.

Diniyev iddialı klublara qarşı daha yaxşı oynamalı ilə bağlı sualı belə cavablandırıb: “Futbol tam başqa bir şeydi. Hər dəfə tempi tutmaq olmur. Motivasiya deyəndə, komanda saman çöpündən asılı olduğu vəziyyətdə toparlana bilirsə, bu, artıq xarakterdi. Bu gün sərgilədiyimiz futbolun 50-60 faizini bəzi rəqiblərə qarşı oynasaydıq, xal itirdiyimiz matçlarda sakit qələbə qazana bilərdik. Bu gün rəqib imkan vermirdi, biz oynadıq. Amma bəzən elə qarşılaşmalarımız olub ki, rəqib imkan versə də, oynamamışıq. Hər dəfə deyirəm ki, turnir cədvəlindəki mövqeyimiz bizi sıxır. Mənim kimi təcrübəli insan bu vəziyyətdədisə, görün gənclər necə əziyyət çəkirlər. Qol buraxırıq, qapımızda penalti təyin olunur, yaxud qırmızı vərəqə alırıq - bütün bunlar gərginliyi daha da artırır. Bu gün mövsüm ərzində 11-ci dəfə qapımıza poenalti təyin edildi. Psixoloji təzyiqdən çıxmaq çox çətindi. Komandanın içində olduğum üçün futbolçuları yaxşı başa düşürəm”.

Ş.Diniyev bu gün mərkəzi yarımmüdafiəçisi İlkin Muradova sağ cinah müdafiəçisi mövqeyində şans verməsinə də aydınlıq gətirib: “Cabir zədəli olduğu üçün bu gün İlkinə sağ cinah müdafiəçisi mövqeyində şans verdim. Bu, məcburiyyətdən atılmış addımdı. Çünki Muradovu meydanın mərkəzində görürəm. Amma İlkin Muradov növbəti turda “Zirə” ilə görüşdə nəinki həmin mövqedə, ümumiyyətlə meydanda olmayacaqş Çünki o, komandamızda məhz “Zirə”dən gəlib və centlmensayağı razılaşmamıza görə Murad doğma klubu ilə matçlarda forma geyməyəcək. Bəli, bilirəm ki, bu qadağa aradan götürülüb. Amma mən söz vermişəm. Hətta İlkinin həmin matçda meydana çıxması ilə biz Premyer Liqada qalacağıqsa belə, bu, mənə lazım deyil”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31