2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Murad Musayev məğlubiyyətə görə günaı hakimin üzərinə atdı

“Meydanda gərgin mübarizə var idi. Biz təkbətək mübarizələrdə həmişəkindən daha çox uduzduq. Həlledici anlarda ikili mübarizələrdən qalib çıxa bilmirdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının XXIX turunda “Səbail”lə oyundan sonra deyib.

Rusiyalı mütəxəssis komandasının 1:2 hesablı yenilgisini belə şərh edib: “İkinci hissədə azlıqda qalsaq da, xarakter nümayiş etdirdik və hesabı bərabərləşdirdik. Hətta qalib gəlmək üçün əla şansımız da var idi. Lakin sonra konsentrasiyanı itirdik və qapımızda qol gördük. Yekunda bu gün vacib xal itirdik”.

“Sabah”ın çalışdırıcısı hakimlərin qərarlarına sərt şəkildə reaksiya verməsinin səbəbini belə izah edib: “Bu hakimlə bu gün bizim xal qazanmaq şansımız yox idi. 15-ci dəqiqədə artıq heç nədən 3 futbolçuya sarı vərəqə göstərmişdi. O, nə üçün belə edir? Oyunu idarə etmək və istənilən an qırmızı vərəqə göstərmək üçün. Yekunda da istəyinə çatdı. Bu hakim daha əvvəl də heç nədən Con İrasabalı “Qarabağ”la oyundan öncə meydandan qovmuşdu. Hətta həmin epizodda cərimə belə yox idi. Kobudluq edən rəqibin futbolçusu Zakpa idi. Hakim hamıdan ağıllı olduğunu düşünür. Mən də ona “təşəkkür etdim”, oyunu yüksək səviyyədə idarə etdiyini bildirdim və nəticədə mənə də qırmızı vərəqə göstərdi”.

Musayev yenilgiyə görə cinah müdafiəçilərini günahlandırmayıb: “Qapımızda qollar görürüksə, uduzuruqsa, bu, bütün komandanın, bütün məşqçilərin səhvidir. İndiki məqamda fərdi səhvlərə keçmək istəmirəm. Baş verənləri aydınlaşdırmalı və gələcəkdə eyni səhvləri təkrarlamamalıyıq”. 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31