3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Rəşad Sadıqov: “Rəqib ani diqqətsizlikdən fərqlənib qələbə qazandı”

"Oyunu şərh etmək bir az çətindir. Bilirdik ki, ağır oyun olacaq. Hər şey istədiyimiz kimi gedirdi. Yaxşı qol imkanlarımız var idi, istifadə etmədik. Sonra qapımızda qol gördük. Yaxşı futbolumuzu davam etdirib hesabı bərabərləşdirdik. Sonda ani diqqətsizlikdən rəqib fərqlənib qələbə qazandı. "Qəbələ"ni təbrik edirəm. Biz də qələbəyə köklənmişdik. Qalib gəlmək istəyirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.

"Əslində qarşılaşmaya yaxşı başlamışdıq, rəqib ikinci qolu vurana qədər oyun da yaxşı gedirdi. Buraxdığımız qollara artıq şərh tapa bilmirəm. Bilmirəm, hər hansı bir komanda bu qədər bu tip qollar buraxsın. Buraxdığımız qolların şərhi futbolun kənarındadır. Təhlükə olmayan yerdə qapıda qol görürük. Buraxdığımız topların 80 faizi bugünkü birinci qola bənzəyir. İstər qapıçı, istər müdafiəçilər tərəfindən... İstifadə edə bilmədiyimiz qol epizodları... Bu gün qələbə qazanmaq üçün başqa nə etmək olardı, bilmirəm. Boş qapıdan müdafiəçi topu çıxardı, təkbətək epizodlarımız var idi. Əla oyun gedirdi və o cür qol buraxdıq. Bununla necə mübarizə aparacağımızı bilmirəm. İnanmıram hansısa komanda bir mövsüm ərzində bu qədər qollar buraxsın. Buraxdığımız əksər qolların futbol baxımından şərhi yoxdur", - deyə o bildirib.

Təcrübəli mütəxəssisin sözlərinə görə, qışda rəqabəti artırmaq üçün qapıçı axtarışları var idi: "Amma istədiyimiz qapıçı olmadı. Olsaydı, hər hansı həmlə edərdik. Yerli oyunçu limiti də var. Çünki, sol cinah müdafiəçisi mövqeyində legioner oynadacaqdıq. Əvvəl Təmkin Xəlilzadə ilə Slavik Alxasov oynayırdı. Belə olan halda qapıda legioner oynada bilərdik. Bu dəyişiklikdən sonra düşündüm ki, qapıda legioner olsa, meydanda 4 əcnəbi oynatmaq çətin olacaq".

O, komandada bu qədər səhvlərin olmasının futbolçuların ustalıq səviyyəsi ilə bağlı olub-olmaması ilə əlaqədar deyib: "Bilmirəm. Heyətimdən narazı deyiləm. Nə desəm, boş olacaq. Bu günə qədər söz tapırdıq, fikirlər ifadə edirdik. Artıq bilmirəm. Deyiləcək söz yoxdur. Vurmadığımız epizodları göz önünə gətirin.  Hesabda irəli olsaydıq, tam fərqli oyun gedə bilərdi. Buraxdığımız qolda heç bir təhlükə yox idi, top Anarın əlində idi və əlindən düşüb qapı xəttini keçir. Çox qəribədir. Səbr edirəm, işimə davam edirəm. Nə özümə, nə də cəmiyyətə dəyəcək şərh tapmıram".

R.Sadıqov ümidsiz olmadığını vurğulayıb: "Ümidsizlik mənə xas olan bir şey deyil. Sona qədər mübarizəmizi aparacağıq. Kubokun da psixoloji cəhətdən üzərimizdə basqısı oldu. Düşünürdük ki, "Sabah" və "Qarabağ" yarımfinala çıxsa, avrokuboklar üçün 4-cü yer 100 faiz kifayət edir. Amma həm özümüz, həm də digər komandalar kubokda kənarda qaldı. Kubokun nəticəsinin necə olacağı, 4-cü yeri tutan komandanın avrokuboklara gedib-getməyəcəyi bilinmir. Bu, hamını bir az sarsıtdı. Amma bunlar futbolun içində olan şeylərdir. Ümidsizliq qəti ola bilməz. Mübarizəmizi davam etdirəcəyik. Düşünürəm ki, çempionatda ən azı 4-cü yeri tuta biləcəyik".

O, baş verənlərdən bezmədiyini söyləyib: "Sadəcə olaraq söz tapa bilmirəm. Yalandan nəsə danışmaq istəmirəm. Söhbət sırf buraxdığımız kobud səhvlərdən və vura bilmədiyimiz epizodlardan gedir. "Neftçi" və "Qəbələ"yə qalib gələ bilərdik. Bu gün 6 xalımız artıq ola bilərdi. Həmin oyunlarda yüz faizlik qol epizodlarını qaçırdıq. Dəyərləndirilməyən epizodlar istər-istəməz problem yaradır. Hücumameyilli heyət buraxmağa məcbur oluruq. Qol vursan belə müdafiədə aqressiyə aşağı düşmüşdü. Vaxtında fərqlənsəydik və uşaq səhvi etməsəydik, rəqib basqı altında olacaqdı. Bizim oyunlarda qırılma nöqtələri çoxdur. Təəssüf ki, bunların heç biri bizim xeyrimizə olmur. Səbr edib yolumuza davam edəcəyik".

Sadıqov "avrokuboklara gedə bilməsəz, yayda heyətdə ciddi dəyişikliklər ola bilər" sualına belə cavab verib: "Uğursuzluq olandan sonra tək heyət yox, insan tutduğu vəzifə haqda da düşünməlidir. Söhbət istefadan getmir. Ümumiyyətlə deyirəm. Bu gün o haqda danışmaq istəmirəm. Mənim özüm üçün də nəticə vermək çox önəmlidir. Əgər uğursuzluq olsa, rəhbərliklə danışacağıq. Təbii ki, problemlər məndə olsa, mən heç bir yerdə ikiəlli yapışmamışam və heç vaxt yapışmayacağam. Bu, həmişə belə olub, bundan sonra da belə olacaq. Bu dəqiqə şərh vermək zamanı deyil. Hazırda bütün fikrimiz 4-cü yer uğrunda mübarizədədir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31