2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Elmar Baxşıyev: “Komandamız layiqli qələbə qazandı”

“Oyunun əhəmiyyətini dərk edirdik. “Zirə” bizim turnir cədvəlindəki əsas rəqibimizdir. Düşünürəm ki, komandamız layiqli qələbə qazandı. “Sabah”la görüşdə son dəqiqələrdə qol buraxsaq da, həftə ərzində eniş yaşanmadı. Hər  məşqdə hiss edirdik ki, futbolçular yüksək motivasiya ilə hazırlaşır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 19-cu turunda "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, komandadan razı olduğunu bildirib: "Məğlub olanda da meydanda istədiyimi verirdi. Hələ çempionat bitməyib. Bu görüşü unutmalı və qarşıdakı matçları düşünməliyik. Hələ heç bir üstünlük yoxdur. Qarşıda çox sayda oyunlar var. Mütləq şəkildə həmin matçlara da hazırlaşmaq lazımdır. Sırf bu görüşün eyforiyası ilə yaşamaq da olmaz. Çempionatda 4-cü olub avrokuboklara getməmək də mümkündür. Ona görə həm kuboka, həm Premyer Liqada mübarizəyə davam edəcəyik. Futbolçularına inanıram və həmişə dəstək olacağam. Komandamız çox istəklidir. Onlar da iddiadan əl çəkməyəcək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31