3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Tovuzda Ümummilli liderin xatirəsinə həsr olunan mini-futbol turniri keçirilib

Tovuz şəhər stadionunda Qərb Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan mini-futbol turniri keçirilib. 

Futbolxeber.az saytının məlumatına görə, açılış mərasimindən öncə Ulu öndərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib. QRFF-nin mütəxəssisi Rasim Əliyev Ümummili lider Heydər Əliyev haqqında iştirakçılara ətraflı məlumat verib.

Yarışda “Qazax”, “Ağstafa”, “Tovuz” və “Şəmkir” komandaları iştirak ediblər. Komandaların hər birinin tərkibində 1 qız futbolçu yer alıb.

Yarımfinalda “Şəmkir” “Tovuz”u 5:3, “Qazax” isə “Ağstafa”nı 3:2 hesabı ilə məğlub edib. Turnirdə üçüncü yeri “Tovuz”u 1:0 hesabı ilə məğlub edən “Ağstafa” komandası tutub.

Finalda “Qazax”la “Şəmkir” üz-üzə gəlib. Həlledici oyunda qazaxlılar 5:1 hesabı ilə qələbə qazanaraq turnirin qalibi adını qazanıblar. “Şəmkir” komandasının qapıçısı Ziyatel Əsədova “Ən yaxşı qapıçı”,  hücumçusu Ayxan  Səfərov  “Ən sərrast oyunçu”, “Qazax” komandasının üzvü Səyyad Pənahov isə  “Ən yaxşı oyunçu” nominasiyasının qalibi olublar. Komandaların hər birinə  Fəxri Fərman və hədiyyələr təqdim olunub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31