2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

"Qəbələ"nin "Zirə" ilə 33-cü dueli

Bu həftə Azərbaycan Premyer Liqasında 29-cu turun oyunları keçiriləcək. Turun ilk günündə meydana çıxacaq “Qəbələ” “Zirə” ilə qarşılaşacaq. 
 
Futbolxeber.az-ın "Qəbələ"nin saytına istinadən verdiyi məlumata görə, qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq. Bu, iki komanda arasında 33-cü duel olacaq. İndiyədək rəqiblər 32 dəfə görüşüb. 12 qələbə qazanan “Qəbələ” 14 heç-heçə edib və 6 dəfə məğlub olub. Rəqib qapısına 43 qol vuran “qırmızı-qaralar” 28 top buraxıb. "Qəbələ"nin bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır. Ülvi İsgəndərovun hesabında üç top var.
 
İndiyədək keçirilən 32 görüşdən 30-u çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 10 dəfə qalib gələn komanda 14 matçdan 1 xalla ayrılıb. Digər 6 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 36 qol vuran “qırmızı-qaralar” 26 top buraxıb.
 
“Qəbələ” 16-cı dəfə “Zirə”ni öz meydanında qəbul edəcək. 6 qələbəsi olan meydan sahibləri 8 sülhə imza atıb və yalnız 1 dəfə uduzub. Doğma divarlar arasında 20 qol vuran "Qəbələ" 10 top buraxıb.
 
Xatırladaq ki, aprelin 7-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Zirə” matçı saat 17:00-da başlayacaq.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31