3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Millimiz FİFA reytinqində gerilədi

FİFA milli komandaların bu il üçün ilk reytinq cədvəlini açıqlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, millimiz son reytinqlə müqayisədə 3 pillə geriləyib. Canni De Byazinin baş məşqçisi olduğu komanda 1142 xalla 124-cü pillədə qərarlaşıb. Buna millimizin Avro-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzması səbəb olub.
 
Yığmamızın Avro-2024-ün seçmə mərhələsindəki rəqiblərindən Belçikanın mövqeyi dəyişməyib və 1792 xalla 4-cüdür. Aktivində 1558 xal olan İsveç 1 pillə irəliləyib, 22-ci yerdədir.  Avstriya 2 pillə önə keçib, 1508 xalla 32-cidir. Estoniya isə 1 pillə irəliləyib və 1182 xalla 108-ci yerdə qərarlaşır.
 
İlk 3-lükdə də dəyişiklik olub. Son dünya çempionu Argentina siyahıda 1-ci pilləyə (1840 xal) yüksəlib. Fransa 2-ci (1838) pilləyə qalxıb. Braziliya liderlikdən 3-cü (1834) pilləyə geriləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31