2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Emreli: “Qol vurmaq üçün səbirsizlənirəm”

Azərbaycan millisinin "Konyaspor"da çıxış edən üzvü Mahir Emreli "Kon TV" kanalına müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, 25 yaşlı hücumçu Türkiyə Superliqasının 27-ci turunda "Ümraniyespor"a qarşı keçirdikləri matç (2:2) haqqında danışıb:

"Məncə, nəticə hər iki komanda üçün ədalətli oldu. Oyunun sonları daha gözəl. bol qollu keçdi. Amma təbii ki, səfərdən 3 xal ilə qayıtmaq istəyirdik. Qismət  olmadı. Ən azından son dəqiqələrdə vurduğumuz qol ilə 1 xal qazanmağımıza sevinməliyik. Çünki milli komandaların matçları ilə əlaqədar fasilə oldu. Komanda üçün toparlanmaq bir az çətin idi. Fasilə olanda bir az çətinliklərin yaşanması mümkündür. Düşünürəm ki, növbəti oyunda daha yaxşı çıxış edib, 3 xal qazana biləcəyik".

"Baş məşqçimiz hansı mövqeyə uyğun görərsə, orada oynayaram. Təbii ki, baş məşqçimiz mənimlə bu vəziyyəti müzakirə edir. O, əsl mövqemin hücum olduğunu bilir. Amma burada bir bəhanə axtarmayaq. Sağ cinahda oynadırsa, deməli orada da çıxış edə bilərəm. Sadəcə olaraq qol vurmaq və ya qol ötürməsi vermək üçün səbirsizlənirəm. Ümid edirəm ki, növbəti maçtda bu səddi aşa bilərəm", - deyə Mahir əlavə edib.

Xatırladaq ki, müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan Mahir Emreli bu qış icarə əsasında "Konyaspor"a keçib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31