3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Qəbələ"dən Premyer Liqada 600-cü qol

“Qəbələ” Premyer Liqada 600-cü qolu vurub.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bu, Azərbaycan Premyer Liqasının 28-ci turuna təsadüf edib.

“Sabah”la səfər oyununda (2:3) komandanın ikinci qoluna imza atan Feras Abu Akal yubiley topunun müəllifi olub. Premyer Liqada 2006-cı ildə debüt edən “qırmızı-qaralar” 600 qoldan 317-ni evdə, 283-nü səfərdə vurub.

Xatırladaq ki, "Qəbələ"nin ilk qolu 2006-cı ildə qeydə alınıb. Vüsal Qarayev İmişlidə “MKT-Araz”ın qapısına yol tapıb.

“Qəbələ”nin Premyer Liqada tarixi qolları

1-ci qol - 2006/07 mövsümü

Vüsal Qarayev - 11.08.2006. "MKT-Araz" (İmişli) - "Gilan" (Qəbələ) - 4:1

100-cü qol - 2009/10 mövsümü

Kənan Kərimov - 09.02.2010. "Qəbələ" - "Turan" (Tovuz) - 1:0

200-cü qol - 2012/13 mövsümü

Lourival Assis - 03.11.2012. "Qəbələ" - "Neftçi" (Bakı) - 2:1

300-cü qol - 2014/15 mövsümü

Viktor Mendi - 05.04.2015. AZAL (Bakı) – "Qəbələ" - 0:4

400-cü qol - 2016/17 mövsümü

Tellur Mütəllimov - 19.03.2017. AZAL (Bakı) - "Qəbələ" - 1:1

500-cü qol - 2019/20 mövsümü

Rövlan Muradov - 01.03.2020. "Zirə" - "Qəbələ" - 1:2

600-cü qol - 2022/23 mövsümü

Feras Abu Akal - 02.04.2023. "Sabah" - "Qəbələ" - 3:2




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31