2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Zubir "Qarabağ"da 200-ə çatdı

Abdullah Zubir “Qarabağ”da 200-cü oyununu keçirib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, 32 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Azərbaycam Premyer Liqasının 28-ci turuna təsadüf edib.

“Şamaxı” ilə səfər matçına (1:0) start heyətdə çıxan legioner 90 dəqiqə qarşılaşmanın iştirakçısı olub.

Zubir Ağdam klubunda keçirdiyi 200 oyunda 42 qol vurub. O, Premyer Liqada 118 (31 qol), kubokda 16 (1 qol), avrokuboklarda 66 (10 qol) görüşdə şans qazanıb.

Qeyd edək ki, Abdullah 2018/19 mövsümündən “Qarabağ”da çıxış edir. Onun debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Çempionlar Liqasının Sloveniyadakı görüşündə (1:0) gerçəkləşib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31