2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Elmar Baxşıyev: "Komandam qələbə üçün hər şey etdi"

“Yaxşı, maraqlı və dinamik oyuna şahidlik etdik. Hər iki komanda meydanda açıq futbol nümayiş etdirirdi. Komandamız layiqli mübarizə apardı və qələbə üçün hər şey etdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 28-ci turunda bu gün "Sabah"la keçirilən səfər oyunundan sonra mətbuat konfransında deyib.

O, 2:3 hesablı məğlubiyyəti belə şərh edib: "Bir neçə epizodda rəqibin təzyiqindən sonra müdafiədə boşluqlar yarandı və qələbəni əldən verdik. Bu matçı udmaq və “Zirə”ni keçmək anlayışı yox idi. Sadəcə qalib gəlmək istəyirdik. Komandama inanıram, sonadək mübarizədən qopmayacağıq. Hakimlikdən çox danışmayacam. Amma əvəzetməni daha tez gerçəkləşdirmək olardı".

E,Baxşıyev  millimizin məşqçisi Arif Əsədovun yığma üzvlərinin fiziki durumunun qaydasında olmadığı fikrinə münasibət bildirib: “Qəbələ” 90 dəqiqə ritmi saxlayan komandadır. Təəssüf ki, millidə bizdən oyunçu meydana çıxmadı. Düşünürəm ki, fiziki durumla bağlı problem yoxdur. Yığmanın buraxdığı toplar fərdi səhvlərdən idi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31