3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Rəşad Sadıqov: “Bu söhbət 96, 97-ci illərdə qaldı”

“QƏLƏBƏ SERİYASI OLANDA HEÇ KİM DEMİRDİ Kİ, MAŞALLAH, FUTBOLÇULAR KLUBLARDAN HAZIRLIQLI GƏLİRLƏR”

“Mən futbolçularımın fiziki durumundan razıyam. Uzağa getmək lazım deyil, biz bunu “Qəbələ”, “Sabah”, “Neftçi” ilə oyunlarda görmüşük. Fiziki durumla bağlı sıxıntımız yoxdur. Eləcə də milli komandamızın fiziki baxımdan hər hansı sıxıntısı görsənmir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın keçmiş kapitanı, hazırda “Zirə”ni çalışdıran Rəşad Sadıqov deyib.

Təcrübəli mütəxəssis millinin məşqçisi Arif Əsədovdan fərqli olaraq, yığma komandamızın fiziki baxımdan problem yaşadığını düşünmür: “Məğlubiyyətlərimizin də fiziki durumla bağlı olduğunu düşünmürəm. Bizim 60-70 dəqiqə mübarizə aparmağımız 96, 97-ci illərdə qaldı. “Qarabağ” 90 dəqiqə bütün Avropanı fiziki cəhətdən üstələyir. Ona görə də, məncə, bu söhbət qurtarıb artıq. Millinin buraxdığı qolların fiziki duruma nə aidiyyatı var? Bəli, rəqiblər həmişə fiziki durum baxımından bizi üstələyiblər. Bu, aydın məsələdir. Lakin ilk hissələrdə komandamız rəqibi açıq-aşkar üstələyirdi. Dinamikada da, sürətdə də. Ona görə də ikinci hissədə fiziki dözümlülüklə bağlı çətinlik yaşadığımızı düşünmürəm. İkinci hissədə bu tip rəqiblər həmişə təzyiqi artırır. Qələbə seriyası olanda heç kim demirdi ki, maşallah, klublardan futbolçular hazırlıqlı gəlirlər”.

R.Sadıqov milli komandamızın probleminin nədən ibarət olması barədə sualı belə cavablandırıb: “Geniş şərh vermək istəmirəm. Məqamı gələndə bu mövzu ətrafında xeyli danışmışıq. Milli uduzanda mən çox danışmamışam. Amma indiki milli müasir futbol oynamaq üçün ən optimal heyətə malikdir. Bəli, itkilərimiz var idi. Qapı xəttində, müdafiədə. Əslində, qapıçılarımız da pis deyil. Səlahət Ağayev olsun, yaxud Emil Balayev. Sadəcə millidəki gənclərin beynəlxalq arenada təcrübələri kifayət qədər deyil. Klubları avrokuboklarda mübarizə aparsa, yaxud mütəmadi milliyə çıxış etsələr, bu baxımdan problem yaşamazlar. Problem praktikadadır. Oyunların gərginliyi, stressi, rəqibin heyətindəki adlar təsir edir”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31