3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Heç-heçə bizim üçün pis nəticə deyil”

“Çox hərəkətli oyun oldu. Baxımlı qarşılaşmaya şahidlik etdik. Oyunda çoxlu epizodları var idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 28-ci turunda “Neftçi”yə qarşı keçirilən matçdan sonra deyib.

Təcrübəli mütəxəssis 1:1 hesablı heç-heçəni komandası üçün pis nəticə hesab etmədiyini bildirib: “Hər iki komanda standart vəziyyətdən sonra fərqləndi. Halbuki oyunun gedişatına daha gözəl qollar yaraşırdı. Bu gün qələbə qazanmaq istəyirdik. Bu mövsüm “Neftçi” ilə matçlarda nəticə qazana bilməsəkdə də, oyun planında rəqibdən geri qalmırdıq. Turnir cədvəlində dördüncü pillə uğrunda mübarizədə xal fərqi azalıb. Bütün bunları nəzərə alaraq meydana 3 xal üçün çıxmışdıq. Oyunun gedişatı elə alındı ki, 1 xal da bizim üçün pis nəticə deyil”.

R.Sadıqov turnir cədvəlinin ilk üçlüyündə qərarlaşan komandalar üzərində qələbə qazana bilməmələrinə belə münasibət bildirib: “Bu barədə özüm də düşünürəm. Ümumi götürdükdə bu komandalara qarşı oyunlarımız pis alınmır. Oyun planında böyük fərq olduğunu düşünmürəm. Məsələn, “Sabah”la son matçda uduzsaq da, oyunu pis keçirmədik. Oyunun təhlili zamanı da gördük ki, heç nədən, olmayan epizoddan 2 qol vurdular. “Qarabağ”la son ev oyununda sonda avtoqolla uduzduq. Səfərdə uduzduğumuz matçda yetərincə qol epizodumuz olmuşdu. Bir sözlə, oyun planında rəqiblərdən geri qalmasaq da, nəticə qazanmaqda çətinlik çəkirik. Bu tip oyunlarda sanki son fazada problem yaşayırıq. Bugünkü matça baxsaq, 70-ci dəqiqədə kimi bəlkə də 3:1, yaxud 4:1 öndə ola bilərdik. Gəl ki, əlimizdə düşən fürsətlərdən yararlana bilmirdik. Brkiçin də ustalığını qeyd etməliyəm. Bizimlə matçlarda bu qapıçı çox inamlı təsir bağışlayır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31