3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Düşünmürəm ki, Azərbaycan millisinin problemi fiziki hazırlıqdı”

“Neftçi”nin baş məşqçisi Lourentsio Regekampf milli üzvlərinin fiziki durumunun qaydasında olmadığını bildirən yığma komandamızın məşqçisi Arif Əsədovun fikrinə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, milli komandamızın probleminin fiziki hazırlıqla bağlı olmadığını söyləyib:

“Düşünürəm ki, oyunçularımız yaxşı durumdadılar. Millinin heyətində əsasən “Qarabağ”, “Neftçi” və “Sabah”dan 1-2 futbolçu yer alır. Mən məsafədən Arif Əsədovla müzakirə aparmaq istəmirəm. Amma düşünmürəm ki, millinin problemi fiziki hazırlıqdır. Əminliklə deyə bilərəm ki, milliyə gedən futbolçularımızın hər biri hazırlıqlıdırlar. Hər məşqçi futbolçusunu milliyə hazır vəziyyətdə göndərir. Ona görə də bu mövzu barədə çox danışmaq istəmirəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31