2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

Regekampf: “Şansları boşa verdikcə, xal itiririk”

“Komandamızın pis oynadığını düşünmürəm. Çempionatda yaranan fasilə müddətində milli üzvləri bizimlə deyildilər. Eyni zamanda 2 mərkəzi yarımmüdafiəçimiz zədəlidir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Lourentsio Regekampf Azərbaycan Premyer Liqasının 28-ci turunda “Zirə” ilə oyundan (1:1) sonra deyib.

Rumın mütəxəssis komandasının qol epizodlarını qaçırmasından gileylənib: “Bu gün yaxşı oynadığımızı düşünürəm. Hücumun sonluğunda daha diqqətli olmalı və daha çox qollar vurmalıyıq. Çünki yaxaladığımız şansları boşa verdikcə, xallar itiririk”.

Regekampf komandasını qarşıda vacib oyunların gözlədiyini vurğulayıb: “Bizi qarşıda çox çətin ay gözləyir. Çox vacib oyunlarımız olacaq. Çalışmalıyıq ki, bütün oyunçularımızı bərpa edək və qarşıdakı periodda daha diqqətli olaq”.

“Neftçi”nin çalışdırıcısı mövsüm ərzində üçüncü dəfə zədələnən Eddi İsrafilovdan da söz açıb: “Eddi mövsümün son hissəsində bizə kömək edəcək. Özü də buna çox inanır. Mövsüm yekunlaşdıqdan sonra isə böyük ehtimalla, əməliyyat keçirəcək. Bundan sonra daha yaxşı durumda olacaq. Artıq o, fiziki hazırlıq üzrə məşqçimizlə məşqlərə başlayıb”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31